Anafilaktik şok

Anafilaktik şok (AŞ) (Termini yunan mənşəyli olub yun. ἀνά ana (qarşı) və yun. φύλαξις filaksis (qorunma) sözlərinin birləşməsindən əmələ gəlmişdir) – dərman, zəhər və yeməyə qarşı yaranan və həyat üçün təhlükə yaradan kəskin böhranlı allergik reaksiyadır. Bu vəziyyət sürətlə inkişaf edərək ağır hemodinamik pozğunluqlar törədir, orqanizmdə dərin hipoksiya yaradır, həyati vacib orqanların zədələnməsi ilə müşayiət edilir. AŞ sürətli immunoloji reaksiya kimi, sensibilizasiya …

Anaerob infeksiya

Anaerob infeksiya — yara infeksiyanın bir növüdür və oksigensiz, havasız yerdə baş verir. Mühüm cəhəti iltihab olmadan ağrının baş verməsi, ödəmin, qazın və tez bir zamanda toxumalarda yerli ölümün əmələ gəlməsidir. Anaerob infeksiyanın törədiciləri əsasən insan, heyvanların bağırsaqlarında müşahidə edilir və torpağa düşərək uzun müddət orada yaşayırlar. Ən çox əkin yerlərində, bostan və bağlarda, peyində gübrə məqsədilə istifadə olunan yerlərdə təsadüf edilir, bundan əlavə anaerob mikroblar insanın dərisində, alt və üst paltarlarında da ola bilər. Ən çox anaerob infeksiya müharibə zamanı müşahidə edilir. Məsələn, böyük Vətən müharibəsi illərində …

Amputasiya

Amputasiya — ətrafın, yaxud hər hansı digər orqanın periferik hissəsinin kəsilməsindən ibarət cərrahi əməliyyat. Ətrafın və ya onun hissəsinin oynaqdan kəsilməsi ekzertikulyasiya adlanır. Amputasiyadan sonra güdülün anatomik və ya funksional yararsızlığı ilə əlaqədər aparılan təkrar əməliyyat isə reamputasiya adlanır. Amputasiya əsasən xəstənin həyatına yalnız xəstə orqanı kəsməklə xilas etmək mümkün olduqda tətbiq edilir. Amputasiyada baş verən …

Amniotik maye

Amniotik maye — Amniotik maye hamilə amniotların amniotik kisəsində olan qoruyucu bir mayedir. Bu maye böyüməkdə olan döl üçün yastıq rolunu oynayır, eyni zamanda ana ilə döl arasında qida, su və biokimyəvi maddələr mübadiləsini təşviq edir. İnsanlarda amniotik maye ümumiyyətlə su və ya maye (Latin Liquor amni) adlanır İnkişaf Amniotik maye hamiləlik kisəsinin inkişafı ilə ortaya çıxır. Amniotik maye amniotik kisədə tapılır. …

Ambliopia

Ambliopia (yun. ἀμβλύς – tutqun və ὄψ, ὀπός – göz) — “tənbəl göz” kimi də adlandırılır — beynin bir gözdən gələn məlumatı tam şəkildə qəbul edə bilməməsi və zamanla digər gözə üstünlük verdiyi görmə pozuntusu. Bu, adətən digər aspektlərdə normal görünən gözdə görmənin azalması ilə nəticələnir. Ambliyopia uşaqlarda və gənclərdə bir gözdə görmə azalmasının ən çox görülən səbəbidir. Ambliyopia dünya əhalisi arasında təxminən 1-1,5% təşkil …

Altsheymer xəstəliyi

Altsheymer xəstəliyi — demensiyanın geniş yayılmış müalicəsi mümkün olmayan neyrodegenerativ xəstəlik. Xəstəlik ilk dəfə 1905-ci ildə alman psixiatoru Alois Altsheymer tərəfindən qeydə alındığı üçün onun adı ilə adlandırılmışdır. Xəstəlik adətən 65 yaşdan yuxarı şəxslərdə müşahidə olunsa da, ona erkən yaşlarda da rast gəlmək mümkündür. Dünyada bu xəstəlikdən əziyyət çəkənlərin sayı 2006-cı il statistikasına görə 26,6 milyon nəfərdir. 2050-ci ildə bu …

Allotriofagiya

Allotriofagiya — insanda psixoloji pozuntu, yemək üçün yararsız olan maddələrin qəbulu. Bu xəstəliklərdən əziyyət çəkən insanlar qidalanmaya yararsız cisimləri, maddələri qəbul etməyə davamlı istək yaranır. Kağız, palçıq, yapşıqan, gil və s. Ekspertlər bu xəstəliyin səbəbini və müalicə üsulunu hələ də dəqiq tapa bilməyiblər. Amma bir şey məlumdur ki, bu mineralların defisiti ilə əlaqədar olaraq yaranan xəstəlikdir.

Allergiya

Allergiya – ətraf mühitin allergen adlandırılan bəzi faktorlarının (kimyəvi maddələrin, mikroorqanizmlərin və onların həyat fəaliyyəti məhsullarının, qida maddələrinin və s.) təsiri ilə əlaqədar orqanizmin qeyri-adi (qabarıq) cavab reaksiyasıdır. Alimlərin tədqiqatlarına əsasən planetimizin hər yeddi adamından biri allergiyaya düçardır, başqa sözlə, gündəlik həyatda rast gəlinən hər hansı bir təsirə qarşı yüksək hissiyata malikdir. Ən çox yayılmış təsiredici …

Alkoqolizm

Alkoqolizm — spirtli içkilərin istifadəsi nəticəsində yaranmış və xroniki intoksikasiya doğuran, spirtli içkilərdən psixi və (və ya) fiziki asılılıqla, habelə digər mənfi tibbi–sosial nəticələrlə ifadə olunan xəstəlikdir. Ümumi məlumat Ümumdünya Səhiyyə Təşkilatı alkoqol asılılığı diaqnozunun təyin olunmasının 6 meyarını müəyyənləşdirilib. Əsas və ilk meyar insanın içki qəbuluna nəzarət edə bilməməsidir. İkinci meyara görə, insan içki qəbul etmək istəyi hiss …

Ağciyərlərin xroniki obstruktiv xəstəliyi

Ağciyərlərin xroniki obstruktiv xəstəliyi (AXOX) — tənəffüsün çətinləşməsi və təngənəfəsliklə müşayiət olunan həyat üçün təhlükə yaradan tam müalicə olumayan ağciyər xəstəliyi. AXOX-un açıqlanması aşağıdakı kimidir: Əsas faktlar 2012-ci ildə ağciyərlərin xroniki obstruktiv xəstəliyindən (AXOX) dünyada 3 milyondan çox insan vəfat etmişdir ki, bu da həmin ildə bütün dünyada olan ölüm hallarının 6 %-ni təşkil edir. AXOX-dan ölüm …