Aseptik meningit (ing. Aseptic meningitis) — beyin və onurğa beynini əhatə edən membranın serebrospinal maye testinin nəticəsi mənfi olan xəstələrdə beyin qişasının iltihabı. Aseptik meningitə viruslar, mikobakteriyalar, spiroketlər, göbələklər, dərmanlar və bədxassəli xəstəliklər səbəb olur. Həm meningit, həm də aseptik meningit üçün testlər əsasən eynidir. Bel ponksiyonu vasitəsilə serebrospinal maye nümunəsi götürülür və infeksiyanın olub olmadığını müəyyən etmək üçün leykositlərin hüceyrələrinin sayı üçün yoxlanılır və faktiki səbəbi görmək üçün əlavə testlər …

Artrit
Artrit (lat. arthrītis – «ağrı oynaqları») — oynaqlarda yaranan xəstəliklərin kollektiv adı.Simptomlara adətən oynaq ağrısı və hərəkətsizliyi aiddir. Digər simptomlara yoluxmuş oynaqlarda qızartı, qızdırma, şişmə və hərəkətlilik intervalının azalması aiddir. Bəzi artrit növlərində digər orqanlar da təsir görür. Təxminən 100 növ artrit mövcuddur.Onlardan ən yayılmışı osteoartrit (degenerativ oynaq xəstəliyi) və revmatik artritdir. Osteoartrit adətən yaşlılıqla əlaqələndirilir və barmaq, diz və budlara təsir göstərir. Revmatik artrit adətən əl və ayaqlara …

Arterial hipertenziya
Arterial hipertenziya – arterial təzyiqin (AT) 140/90 mm.c.süt-dan yuxarı qalxmasına deyilir. Arterial hipertenziya birincili və ikincili olur. Birincili arterial hipertenziya – Hipertoniya xəstəliyi ayrıca bir xəstəlik olub əsas və aparıcı əlaməti AT-in qalxmasıdır. İkincili arterial hipertenziya simptomatik hipertoniya adlanır və bu zaman arterial hipertenziya başqa xəstəliklər nəticəsində əmələ gəlir. Simptomatik hipertoniya (ikincili hipertoniya) Simptomatik hipertoniyaya aiddir: Böyrək …

Apraksiya
Apraksiya (lat. apraxia yun. ἀπραξία – “fəaliyyətsizlik”) – Böyük beyin yarımkürələri və ya döyənək cismin (lat. corpus collosum) aparıcı yollarının zədələnməsindən irəli çıxan məqsədyönlü hərəki fəaliyyət pozğunluğu. Apraksiyanın kinetik, kinestetik və konstruktiv formaları var. Kinetik Apraksiya zamanı müəyyən iş görmək üçün tələb olunan hərəkətlərdə ardıcıllıq pozulur. Xəstə ətrafdakı cismlərdən necə istifadə edəcəyini unudur. Kinestetik Apraksiya zamanı xəstə ayrı-ayrı hərəkətləri ya heç edə bilmir, ya da …

Appendisit
Appendisit (lat. appendicitis) — korbağırsağın soxulcanabənzər çıxıntısının iltihabı. Qarın boşluğunun ən geniş yayılmış kəskin xəstəliyi hesab olunur. Yalnız südəmər uşaqlarda xəstəliyə təsadüf edilmir. Xəstəliyin ağır formaları daha çox ahıl və qoca insanlarda rastlanılır. Appendisit çox vaxt daima bağırsaqlarda qalan və normal həzm prosesi üçün lazım olan qarışıq qeyri-spesfik bakteriyaların fəaliyyəti ilə əlaqədar baş verir. Qeyri-spesfik bakteriyalardan bağırsaq çöpləri üstünlük təşkil edir. Soxulcanabənzər çıxıntının spesifik flora ilə (vərəm, sifilis və s.) zədələnməsinə çox …

Aortal stenoz
Aortal stenoz (daralması, qısa AS) — bədənin ən iri arteriyası sayılan, bütün bədənə qan aparan aortanın daralması. Stenozun yerindən asılı olaraq 3 növü ayırd edilir. Ən yayqın biçimi valvulyar (qapaq) daralmadır (75–80%). Aortal qapaq ürəyin sol mədəciyi və aorta arasında yerləşir. Sol mədəciyin və ürək çəpərinin əzələ kütləsinin böyüməsi və sol mədəciyin çıxış yolunun daralmasıyla səciyyələnən hipertrofik kardiomiopatiya da qazanılmış aortal stenozlardan sayılır. Etiologiya …
Aortal çatışmazlıq
Aortal çatışmazlıq (və ya aortal qaytarma, requrgitasiya) — qanın aortal qapaqdan axının əks istiqamətində aortadan sol mədəciyə sızması sonucunda əmələ gələn ürək qüsuru. Aortal çatışmazlıq qapaqlardakı və ya aortanın kökündəki (başlanğıcında) anormallıqlar nəticəsində meydana gələ bilər. Etiologiya Kəskin aortal çatışmazlığın (AÇ) səbəbləri aşağıdakılar ola bilər: Xroniki AÇ-ğın səbəbləri bunlardır: Əlamətləri Aortal çatışmazlıq iki cür olur: Elektrokardioqrafiya (EKQ) EKQ dəyişiklikləri …
Antropofobiya
Antropofobiya və ya insandan qorxma (q.yun. ἄνθρωπος, ánthrōpos— «insan», φόβος, phóbos — «qorxu») — insanların nevrotik qorxusu, insan cəmiyyətindən qaçmaq istəyi. Sosial fobiyanın və sosial nevrozun bir növü, obsesif hallardan biridir. Antropofobiya bəzən psixasteniya ilə baş verir. Antropofobiya kompulsiv davranışla müşayiət olunur — xəstə üçün qoruyucu bir xarakter qazanan və onun tərəfindən fobiyaların qarşısını almaq və ya aradan qaldırmaq üçün eyni vəziyyətdə təkrarlanmasını tələb …

Anoreksiya
Anoreksiya və ya nevrotik anoreksiya (anorexia neurosa, an – inkar şəkilçisi + yun. όρυός – iştaha ) – qidalanmaya olan fizioloji tələbatın saxlanması ilə iştahanın olmaması, kökəlmədən əsassız qorxu hissi, eyni zamanda arıqlamağa güclü və dayanıqlı meyllə səciyyələnən qida qəbulu pozuntusudur. Qida mərkəzinin üzvi zədələnmələri (məs., şişlər, travma, insult, zəhərlənmələr və s.), sinir sisteminin funksional pozğunluqları (məs., nevrozlar, stress vəziyyətləri və s.), endokrin xəstəlikləri (hipofiz kaxeksiyası, addison xəstəliyi və s.), xroniki üzücü xəstəliklər (vərəm, yaman şişlər və s.), həzm orqanları xəstəlikləri …

Ankilostomoz
Ankilostomoz (lat. Ancylostoma duedenale; Onikibarmaq bağırsağın əyribaş qurdu) — yumru qurdların parazitlik edən mühüm nümayəndəsi. Erkək fərdi 8–11 mm, dişi fərd 10–14 mm. olur. Baş hissə bel tərəfə əyildiyindən əyribaş qurd adlanır. Diri parazitin rəngi qırmızımtıl, ölüsü isə bozumtul-sarı olur. Bədənin ön ucunda nisbətən iri kapsul vardır. Bu kapsulda bir neçə kutikula mənşəli dişciklər yerləşir. Ağız kapsuluna, başın alt …