XƏSTƏLİKLƏR

Bronxial astma

Bronxial astma – ilk növbədə bronxların – ağciyər tənəffüs yollarının iltihabi-allergik xəstəliyidir. Lakin iltihabın allergik reaksiya və ya xroniki xəstəlik olmasından asılı olaraq allergik komponentli astmanı qeyri-allergik astmadan fərqləndirirlər.

Qeyri-allergik astmada xroniki iltihablı tənəffüs yolları həddən artıq həssasdırlar. Hər hansı qıcıqlanma bronxların spazmasına aparır, tənəffüs məhdudlaşır və bu da öskürək və boğulmalara gətirib çıxarır.

Astmatiklər üçün tutmalara səbəb olan bir çox faktorlar vardır, məsələn; siqaret tüstüsünün kəskin iyi, məişət kimyası vasitələri, sabun, ətriyyat, işlənmiş qazlarin tüstüsü və s. Bir çox dünya alimlərinin gəldiyi nəticə heç də təsəlliveriçi deyil: hər beşinçi astmatik peşəsinə görə bu xəstəliyə tutulur.

Simptomlar və gedişat

Fiziki təsirdən bir neçə dəqiqə sonra (məsələn, qışda küçədə qaçarkən soyuq və quru havanın udulmasi) astmanın simptompları üzə çıxır.

Aspirin və ya bu qrupdan olan bəzi iltihab əleyhinə preparatların (panadol, kalpol və s.) qəbulundan sonra adamda aspirin astmasının simptomları baş verə bilər. Qida əlavələri də, məsələn; pivə və caxırın koservantları, sulfitlərin qəbulu astmaya səbəb ola bilərlər.

Astmanın ən xarakterik simptomları:

  • öskürək – tez-tez, əziyyətli və daimi xarakterli. Öskürək gecələr arta bilər, məsələn fiziki işdən, soyuq havanın qəbulundan sonra və s.
  • bogulma;
  • döş qəfəsinin sanki sıxılması — tənəffüs o qədər məhdudlaşır ki, bu nəfəs ala bilməmək qorxusu yaradır;
  • sıxilmış nəfəs yollarından çətinliklə keçən havanın vibrasiyasından quru xırıltılar eşidilir.

Astmanın ağır və kəskin formalarında adam tutma vaxtı ağzı ilə nəfəs alır və nəfəsalmanı asanlaşdırmaq üçün boyun, çiyin və digər əzələlərdən istifadə edir. Bundan əlavə, nəfəs yolları sıxılanda nəfəs almaq nəfəs verməkdən daha asan olur. Çünki döş qəfəsinin əzələləri və orqanizm daha çox bu prosesə uyğunlaşmışlar. Nəfəsvermə, əksinə, normal halda passiv olur, yəni xüsusi səy göstərilmir, ona görə də əzələlər havanın sıxılmış nəfəs yollarından çıxarılması üçün o qədər də inkişaf etmirlər. Nətiçədə ağ ciyərlərdə hava qalır və şişir ki, bu da şişmiş ciyər simptomudur. Uzun müddət astma xəstəliyinə tutulmuş cavan adamlarin döş qəfəsləri uzunsov inkisaf edir. Kəskin ağır astmada əvvəl “fit çalan” döş qəfəsi sonra “susur”, fit səsləri eşidilmir. Çünki alınan və verilən hava o qədər az olur ki, səslər eşidilməyə də bilər.

Allergik mənşəli astmada tutmadan əvvəl adamda zökəm, vegetativ distoniya simptomları və öskürək başlayır.

Siz həmçinin bəyənə bilərsiniz...