Zöhrə Abdullayevanın xəstəliyi bilindi: Bu nadir xəstəlikdir - VİDEO

Zöhrə Abdullayevanın xəstəliyi bilindi: Bu nadir xəstəlikdir – VİDEO

Xəbər verdiyimiz kimi Əməkdar artist Zöhrə Abdullayevanın səhhəti pisləşərək təcili xəstəxanaya yerləşdirilib.

Sənətçinin səhhəti haqqında həkimi Sevinc Heydərova ARB telekanalına danışıb.

O, Z.Abdullayevanın Nadir xəstəliyə tutulduğunu bildirib:

“Bu nadir xəstəlikdir. Sistem xəstəliyidir. Bu xəstəlik bütün orqanları zədələyir. İştah tam itir və xəstə yemək yemək istəmir. Xəstəlik sklerodermiya adlanır. Xəstəliyin müalicəsi revmotoloq tərəfindən aparılır. Bununla yanaşı, Zöhrə Abdullayevaya kök hüceyrə müalicəsi də tətbiq ediləcək”.

Qeyd edək ki, daha əvvəl Z. Abdullayevaya başqa xəstəxanada revmatoid artrit diaqnoz qoyulub və müalicələr də heç bir müsbət təsir göstərməyib.

Həmin görüntüləri təqdim edirik:

HEKİM.PRO