QIA.AZ - Qarabağ İnformasiya Agentliyi

Zəngəzur dəhlizi regionun iqtisadi inkişafına töhfə verəcək – Çavuşoğlu – QIA.AZ


Zəngəzur dəhlizi regionun iqtisadi inkişafına töhfə verəcək.

QİA.AZ-ın məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Twitter” səhifəsində paylaşımda bildirib.

O, İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) sədrliyin Türkmənistana veriləcəyini qeyd edib.

“İƏT Asiya və Avropa arasında körpü olmalıdır. İslamabad-Tehran-İstanbul nəqliyyat dəhlizi buna yaxşı nümunədir. Zəngəzur dəhlizi isə regionun iqtisadi inkişafına töhfə verəcək”, – deyə M.Çavuşoğlu qeyd edib.



https://qia.az/z%C9%99ng%C9%99zur-d%C9%99hlizi-regionun-iqtisadi-inkisafina-tohf%C9%99-ver%C9%99c%C9%99k-cavusoglu/