zelinin faydalari 1

Zəlinin faydaları (birinci yazı)

Məqaləni oxuduqca bu faydalı canlının biz insanlara nə qədər lazımlı olduğunu anlayacaqsınız.

Zəli qoydurmaq üçün xəstə olmaq lazım deyil, sağlam insanlar da profilaktik olaraq zəli qoydursalar həmişə sağlam olarlar, daxili orqanları yaxşı qidalanar, damarları elastikləşər. İnsan orqanizmində olan damarların uzunluğu yer kürəsinin diametrindən 3 dəfə çoxdur, amma elə düşünməyin ki, hamıda bütün damarlar işləyir, məsələn, ürək xəstələrində bunun heç onda doqquzu işləmir, bütün damarların işləməsi üçün zəli qoydurmaq faydalıdır.

Zəli qoyan insanlarda Alheymer, Miokard infarktı, ateroskleroz,  skleroz kimi xəstəliklər, həmçinin beyin damarlarının spazmı olmur. Zəli beyin qan dövranını yaxşılaşdırır, hafizəni və diqqəti gücləndirir, xüsusən boyun osteoxondrozu, ümumiyyətlə onurğa sütununun və oynaqların  bütün hissələrinin osteoxondrozunda zəli qədər yaxşı təsir edə bilən ikinci vasitə yoxdur.

Zəli zobun istər düyünlü, istərsə də diffuz, yəni yayılmış formalarının müalicəsində çox yaxşı təsir edir, belə ki, düyün ətraflarına qoyulmuş zəlilər az bir zamanda şişin kiçilməsinə səbəb olur. Faringitin müalicəsində zəli yenə boğaza qoyulur.

Zəlidən istifadə edənlərin qanları normadan artıq laxtalanmır, tromblaşmır. Belə insanlarda ürəyin işemik xəstəlikləri – miokard infarktı, stenokardiya, ateroskleroz olmur.

Bizim zəli haqqında biliklərimiz azdır, lakin bu möcüzəli canlını vaxtında lazımi qaydada istifadə edə bilsək orqanizmi üzən ağır xəstəliklərə tutulmarıq.

Zəli qoydurmağın xeyirləri

Məsələn, zəlinin ağız suyunda 105-ə qədər ferment var ki, bundan yalnız biri – heparin qan laxtalanmasının qarşısını alır. Həkimlər infarkt keçirmiş və ya ürəyindən əməliyyat olunmuş xəstələrə həyatının sonuna qədər aspirin içməyi məsləhət görürlər, aspirindən qat-qat faydalı zəli isə yaddan çıxır.

Başqa bir ferment – destibilaza, göz qidalanmasını yaxşılaşdırır, katarakta (mirvari suyu) kimi xəstəliyin qarşısını alır, qlaukoma (qara su) kimi xəstəliyin inkişafını ləngidir.

Zəlinin ağız suyunda olan başqa bir ferment oliqorazadır. Bu ferment varikoz xəstəliyi zamanı trombla tutulmuş venoz damarların içini təmizləyir, keçiriciliyini artırır, kiçik damarların mənfəzini açır və qan durğunluğunun qarşısını alır. Zəlinin ağız suyunda fibrinolizin təsirli maddə yəni fibrinləri trombları əridən maddələr vardır. Fikir vermisinizsə, şəkər xəstələrində bəzən ayağa adi bir tikan batması nəticəsində sağalmayan yaralar əmələ gəlir və çox zaman ətrafı kəsmək məcburiyyəti yaranır. Çünki damarların mənfəzi tutulmuş olur və qan dövranı pozulur. Belə adamlarda ayaq yaraları illərlə çəkə bilir, illərlə yara üstünə müxtəlif mazlar çəkilir, müxtəlif dərmanlar qəbul olunur, amma ən faydalı müalicə üsulu olan zəli yaddan çıxır.

Ürək damarlarının tutulmasına qarşı zəli

Ürək damarlarının tutulmasında zəlinin faydası əvəzolunmazdır, zəli nəinki damarları açır, hətta bir müddət sonra xəstədə bir gümrahlıq yüksək əhval-ruhiyyə əmələ gətirir. (bir dəfə bir tanışım məni son nəfəsdə olan kimi görünən bir xəstəni ziyarət etməmi istədi baxdıq, mən bu xəstənin burda yox reanimasiyada olmasının vacibliyini dedim. Xəstənin övladları elə reanimasiyadan gətirdiklərini dedilər, yəni xəstənin vəziyyəti çox ağır olduğundan evə gətiriblər ki, evdə ölsün xəstəliyin səbəbi ürək damarlarının demək olar tam tutulması idi, mən normalda belə xəstələrə zəli təyin etdiyimi dedim, amma bu xəstə çox ağır olduğundan heç nə yazmaq istəmədim övladlarının israrlı təkidindən sonra zəlinin qoyulma qaydasını şifahi deyib evdən çıxdım, hardasa 2 ay sonra həmin xəstənin ayaqla yanıma gəldiyini gördüm və gündə 1-2 saat gəzdiyini söylədi)

Zəlinin ağız suyundakı maddələr orqanizmdə təbii ağrıkəsicilərin istehsalını artırır ki, bu maddələr ağrıkəsici gücünə görə morfindən 200 dəfə üstündür. Uzun zaman üzücü ağrılardan əziyyət çəkən insanlar üçün zəlidən faydalısı yoxdur. Prostat vəz xəstəliklərinin müalicəsində həkimlər əvvəlcə prostat vəzin qanla daha yaxşı təchiz olması üçün preparatlar yazır, bundan daha effektlisi isə zəlidir. Zəli prostat vəzin qanla təchizatını yaxşılaşdırır, kalsinatların əriməsinə səbəb olur, immun sistemi gücləndirdiyindən orqanizm özü iltihabi xəstəlikləri müalicə edir.

Zəli ilə əlaqəli digər yazılar
zəli qoyulma qaydası
Zəlinin qoyulma qaydaları
zəlinin faydaları 2
Zəlinin faydaları (ikinci yazı)

Gözlər üçün zəli

Zəli gözlər üçün əvəzolunmaz şəfa mənbəyidir, bir nəfərə həm göz təzyiqinə, həm də kataraktasına  (mirvari suyu) görə göz ətraflarına 50 ədəd zəli təyin etdikdən sonra (təbii ki hamısı birdən yox yavaş-yavaş təxminən 2 ay müddətində) nəticə mükəmməl oldu hər iki xəstəlikdən əsər əlamət qalmamışdı, dediyinə görə gözlərimi yoxlayan həkimim özü belə çaşıb qalmışdı)

Baş ağrılarına zəli

Zəlinin osteoxondroz və  osteoxondrozdan qaynaqlanan baş ağrılarına təsiri də əvəzolunmazdır bir dəfə təxminən 70 yaş həndəvərlərində bir qadın yanıma gəldi bu qadında osteoxondroz o qədər ağırlaşmışdır ki, xəstənin boynu heç dönmürdü dediyinə görə o dərəcədə baş ağrıları olurdu ki, hər gün başını divara çırpırmış bu xəstəyə zəli deyən kimi elə bil qadını elektrik vurdu oturduğu yerdə tez qalxdı ki, bütün vasitələri etmişəm heç biri məni sağaltmayıb zəlidən isə çox qorxuruam bu xəstəyə hicama təyin etdim, hicama edən işçimizə isə xəstə bilmədən kürəyinə  1 ədəd zəli qoymasını söylədim, beləcə prosedur bitəndə zəli də doyub yerə düşəndə xəstə zəlini görür və bu zəlinin hardan düşdüyünü soruşur bizim əməkdaş səndən deyə cavab verir ondan sonra zəlinin çoxda qorxulu olmadığını görür və zəli müalicəsinə razılıq verir bu xəstəyə ilk etapda 60 ədəd zəli təyin etdim, 2 aydan sonra bu qadın artıq 200 ədəd zəli qoyduğunu söylədi, mən çox etiraz etdim ki, bu qədər zəli qoydurmaq düzgün deyil əlavə fəsadlar ola bilər, cavabında qadın hər zəli qoyduqdan sonra mən həyatda yaşadığımı söylədi, demək olar ağrılardan heç bir əlamət qalmamışdı. Zəlini isə hər gün özü evdə boynuna, kürəyinə və başına qoyurmuş.

Revmatizm və babasil üçün zəli

Revmatizm və revmatoid poliartrit kimi iltihabi oynaq xəstəliklərinin müalicəsində də zəli əvəzolunmazdır. Belə ki, həm ağrıları sürətlə azaldır, həm də oynaqda olan şişkinliyi.

Babasilin müalicəsində zəli olduqca effektlidir, çünki babasil də damarlarda durğunluq nəticəsində əmələ gəlir. Babasil zamanı zəli düyünlərin üstünə qoyulur və qoyan kimi effektini göstərir.

Zəlinin ağız suyundakı fermentlər antioksidantlardır, buna görə də zəli şiş xəstəliyinin qarşısını almaq və artıq əmələ gəlmiş şişləri müalicə etmək üçün mütləq istifadə olunmalıdır. Zəli qoyduran insanlar infarkt və insult olmazlar!Fizuli Hüseynov