Həkim Məsləhətləri

Zəkalı olmağa kömək edən İNANILMAZ ÜSUL

images stories SINIRSISTEMI mikroflora 1 520x353

Bu təsir o dərəcədə ciddidir ki, bəzi alimlər hətta bağırsaq mikroflorasını ayrı orqan kimi qəbul etməyi çağırır.

Yeni araşdırma zamanı Avstriya mütəxəssisləri aşkar ediblər ki, bağırsaq mikroflorası insan beyinin fəaliyyətinə və zəkasına ciddi təsir edir.

Saglamolun.az xəbər verir ki, araşdırmada iştirak edənlərin 1 qrupu 4 həftə ərzində bağırsaq mikroflorasını yaxşılaşdıran probiotikləri qəbul edirdi, digər qrup isə probiotikləri qəbul etmirdi.

4 həftə və bundan çox müddət ərzində probiotikləri qəbul edən iştirakçılar onlara verilən test tapşırıqlarını daha yaxşı həll edirdi, qərar verəndə daha az tərəddüd edirdi. Bu onu sübut edir ki, bağırsaq mikroflorası beyinin fəaliyyətinə kifayət qədər ciddi təsir edir və mikrofloranın yaxşılaşması da beyinin fəaliyyətini stimullaşdırır.

Bağırsaq mikroflorasını yaxşılaşdıramaq üçün bu kimi məhsulların istehlakını artırmaq lazımdır: süd turşulu məhsullar (qatıq, kəsmik, kefir və s.), kələm, çuğundur, alma, banan, buğda kəpəyi, yulaf yarması və s.

Həmçinin həkimin məsləhəti probiotikləri qəbul etmək olar.

 

 

saglamolun.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button