1517336827 752x395 yurutec bebeklerde omurga egriligine sebep oluyor 1517304882767

Yürütəçlər körpələrdə onurğa əyriliyi yaradır

1517336827 752x395 yurutec bebeklerde omurga egriligine sebep oluyor 1517304882767

Valideynlər adətən uşaqların yeriyə bilməsi üçün yürütəçlərdən (xadunok) istifadə edilər.

Mütəxəssislər isə bunun körpələrdə onurğa əyriliyinə səbəb olduğunu bildiriblər. Xüsusilə 4 ilə 7-ci aylar arasında istifadə edilməyə başlanılan yürütəçlər valideynlərin işini asanlaşdırsalar da bu, onurğalarında əyriliklər, bel əzələlərinin sıxışmasına səbəb olur. Həkimlər uşaqların iməkləməsini daha düzgün hesab edirlər:

“Körpələr iməkləyən zaman əlləri və dizləri üzərində durduğu üçün boyun və başlarını dik tuturlar. Bu da onurğa qarın və boyun əzələlərini gücləndirir. Çox yeridikləri zaman da artıq onurğa sistemi buna hazır olur”.

Lakin buna baxmayaraq valideynlər yürütəçlərdən kifayət qədər istifadə edirlər. Mütəxəssislər bu əşyadan istifadənin ən az 7-ci aydan sonra başlamalı olduğunu vurğulayıblar.

Onurğa problemi yaşayan körpələrin valideynlərinin 100-də 95i yürütəçlər istifadə etdiklərini etiraf ediblər. Həkimlər uşaqların oturmasının, iməkləməsinin və yeriməyinin təbii irəliləməsini düzgün hesab edirlər.

 

immunitet.az

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir