QIA.AZ - Qarabağ İnformasiya Agentliyi

Yaponiyada qatarda hücum nəticəsində yaralananların sayı 17 nəfərə çatıb – QIA.AZ


Yaponiyanın Tokio prefekturasının Tyofu şəhərində, “Keio” dəmiryol şirkətinin xəttinin qatarında sərnişinlərə bıçaqla hücum nəticəsində azı 17 nəfər yaralanıb.

QİA.AZ” xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Qeyd edilir ki, yaralılardan biri huşsuz vəziyyətdədir. Hücum qatar stansiyalar arasında olarkən baş verib.

Cinayətkar həmçinin vaqona yanar maye töküb. Nəticədə bir neçə oturacaq yanıb.

Qatar növbəti platformaya çatdıqdan sonra polis hücumçunu həbs edib. O, həbs zamanı heç bir müqavimət göstərməyib. Cinayətkar hadisəni törətməsini məhkəmədə ölüm hökmü almaq üçün azı iki nəfəri öldürmək istəyi ilə izah edib.

Hücumun baş verdiyi xətt üzrə hərəkət tamamilə dayandırılıb.

Bundan əvvəl hadisə zamanı 15 nəfərin öldüyü bildirilirdi.



https://qia.az/yaponiyada-qatarda-hucum-n%C9%99tic%C9%99sind%C9%99-yaralananlarin-sayi-17-n%C9%99f%C9%99r%C9%99-catib/