Xəstəliklər

Xroniki pankreatit

Xroniki pankreatit – bu zaman iltihab davamlı xarakter daşıyır. Bu zaman iltihabı proses daha yüngül xarakterli olur, lakin bu iltihabın nəticəsində çapıqlar və digər izlər qala bilər.

Klinik əlamətləri

Klinik əlamətlərə aşağıdakılar daxildir:

  1. Epiqastral nahiyədə və sol qabırğaaltı sahədə ağrı
  2. Müxtəlif dispeptik əlamətlər
  3. Pankreatogen ishal
  4. Arıqlama
  5. İştahsızlıq
  6. Ağızsuyu
  7. Gəyirmə
  8. Öyümə
  9. Qusma
  10. İshal
  11. Qəbizlik

Qarının yuxarı mərtəbəsində ağrılar öncə zəif olur və getdikcə artır. Qarında olan ağrılar belə vurur (irradiasiya edir). Yeməkdən sonra ağrılar daha da kəskinləşir. Ürəkbulanma, Qusma Qusmadan sonra sakitləşmə qeyd olunmur. Bəzən qarında gərginlik qeyd olunur və ya qarının şışməsi qeyd olunur. Hərarətin yüksəlməsi və qaşınma Bəzən yuxuculluq, zəiflik və baş ağrıları da qeyd edilir.

Xroniki pankreatitin aşağıdakı əlamətləri qeyd olunur:

  • Qarının yuxarı mərtəbəsində ağrılar. Xroniki pankreatitin təhlükəli olmasını şərtləndirən amillərdən biri ağrıların heç də həmişə olmamasıdır. Yalnız bəzi xəstələrdə ağrılar qeyd edilir. Ağrının olmaması mədəaltı vəzinin çapıqlaşması prosesinin gizli getməsi və ağırlaşmasına səbəb olur. Ağrıların olması xəstəni həkimə müraciət etməyə məcbur edir və zamanında tədbirlər görülür.
  • Həzmin pozulması. Mədəaltı vəzi şirələrinin ifrazının azalması qəbul edilən qidanın həzmini pozur. Belə halda nəcisin tam formalaşmaması, yağlı və iyili olması, qarında köp kimi əlavə əlamətlər törənir.
  • Səbəbsiz olaraq bədən çəkisinin itirilməsi.
  • Yağlı və iyli nəcis.

Related Articles

Back to top button