Cümə axşamı , Noyabr 15 2018
Home / Həkim Məsləhətləri / Bu xəstələrə dərmanlar elektron reseptlə veriləcək

Bu xəstələrə dərmanlar elektron reseptlə veriləcək

Azərbaycanda gələn ildən hemofiliyalı xəstələrə dərmanların elektron resept əsasında verilməsi nəzərdə tutulur.
Medicina.az-ın məlumatına görə bunu Trend-ə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının rəhbəri Gülnarə Hüseynova deyib.
G.Hüseynovanın sözlərinə görə, bu barədə onlara Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdir müavini Nabil Seyidov məlumat verib:
“Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, xəstələrin hər birinin elektron kartla təmin olunması və həmin kartla onlara elektron reseptlərin verilməsi planlaşdırılır. Artıq 2019-cu ildə bütün hemofiliyalı xəstələr üçün dərmanlar elektron reseptlərlə buraxılacaq. Regionlarda yaşayan xəstələr müalicə üçün Regional Hemofiliya mərkəzlərinə müraciət edə biləcəklər və orada onlara elektron reseptlər yazılacaq. Xəstələr dərmanlarını bunun üçün müəyyən edilmiş xüsusi apteklərdən alacaqlar. Hesab edirik ki, dərmanların elektron reseptlə verilməsi şəffaflığın artırılmasına xidmət edəcək”.
Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsəd-zadə Trend-ə deyib ki, hazırda Bakıdakı şəkərli diabet xəstələri elektron reseptlərlə dərman alırlar. Onlar elektron sağlamlıq kartlarına yazılan elektron reseptləri ilə imtiyazlı apteklərdən dərmanlarını ala bilirlər.
C.Əsəd-zadə bu sistemin artıq bir neçə ildir ki, tətbiq edildiyini söyləyib.
medicina.az

Check Also

Bu xəstəliyi olanlar səhər bol miqdarda qəhvə içsin

Portuqaliyalı alimlər səhər tezdən çoxlu miqdarda qəhvə içməyə daha bir səbəb tapıblar. Medicina.az Trend-ə istinadən …

160*600 120*600