Şənbə , Avqust 24 2019
Home / Həkim Məsləhətləri / Ürək-damar xəstəliklərinin profilaktikası

Ürək-damar xəstəliklərinin profilaktikası

Qan təzyiqinin korreksiyasına dair tövsiyələr

• Çəkiyə nəzarət, fiziki hərəkətlərin artırılması, spirtli içkilərin və natrium qəbulunun  məhdudlaşdırılması, meyvə-tərəvəz və az yağlı süd məhsullarının qəbulunun artırılması kimi həyat tərzi ilə əlaqədar tədbirlərin görülməsi qan təzyiqi yüksək olan şəxslərə və hipertenziyadan əziyyət çəkən pasiyentlərə məsləhət görülməlidir. (B)*

• Hipertenziya əleyhinə bütün əsas dərman qrupları (diuretiklər, angiotenzin çevirən fermentin (AÇF) inhibitorları, kalsium antaqonistləri, angiotenzin reseptor antaqonistləri və beta-blokatorlar) qan təzyiqinin aşağı salınması effekti baxımından bir-birindən o qədər də fərqlənmir və hipertenziya əleyhinə müalicənin başlanması və davam etdirilməsi üçün məsləhət görülməlidir. (A)*

• Hipertenziyadan əziyyət çəkən bütün pasiyentlərdə sistolik qan təzyiqi

• 1-ci və ya 2-ci dərəcəli hipertenziyası və orta səviyyəli ümumi kardiovaskulyar riski olan pasiyentlərdə bir neçə həftə ərzində, hər hansı bir risk faktoru ilə müşayiət olunmayan 1-ci dərəcəli hipertenziyası olan pasiyentlərdə isə bir neçə ay ərzində dərman müalicəsi təxirə salınaraq həyat tərzini dəyişdirmək cəhdləri ilə əlaqədar tədbirlər görülə bilər. (C)*

• 3-cü dərəcəli hipertenziyadan əziyyət çəkən, həmçinin, yüksək və ya çox yüksək kardio-vaskulyar riski olan 1-ci və ya 2-ci dərəcəli hipertenziyadan əziyyət çəkən pasiyentlərdə təxirə salınmadan dərmanlarla müalicəyə başlanmalıdır. (B)*

•  Hipertenziyası və müəyyən edilmiş ürək-damar xəstəliyi və ya II tip şəkərli diabet və ya 10 illik ürək-damar ölümü riski ≥5% (SCORE şkalasına görə) olan bütün xəstələrdə statin müalicəsi nəzərdən keçirilməlidir(B)*

• SCORE şkalasından istifadə etməklə risk dərəcəsinin müəyyənləşdirilməsi hipertenziyadan əziyyət çəkən hər bir pasiyent üçün minimum tələb kimi müəyyənləşdirilməlidir. (B)*

• Subklinik orqan zədələnməsi olan pasiyentlərdə, xüsusən aşağı və ya orta dərəcəli riski olan şəxslərdə (SCORE 1-4%) ürək-damar sistemi ilə əlaqədar ölüm halının yarana biləcəyi sübut olunduğuna görə, orqanların subklinik zədələnmələrinin aşkar olunması üçün müayinə aparılmalıdır. (B)*

• Hipertenziyası və bir çox metabolik risk faktorları olan xəstələrə beta blokatorlar və tiazid diuretiklər diabetin əmələ gəlmə ehtimalını artırdığına görə tövsiyə olunmur. (D)*

• Diabet olan hallarda AÇF inhibitorları və ya renin anqiotenzin reseptorlarının blokatorları tövsiyə olunur. (A)*

• Antitrombositar terapiya, xüsusilə, aşağı dozalarda aspirin, hipertenziyalı və anamnezində ürək-damar hadisəsi olan xəstələrə tövsiyə olunur. (A)*

• Anamnezində ürək-damar hadisəsi olmayan hipertenziyalı, lakin böyrəklərin aşağı funksiyası və ya yüksək ürək-damar riski olan xəstələrdə antitrombositar terapiyanın tətbiqini nəzərdən keçirtmək lazımdır. (C)*

 

*Tövsiyənin etibarlılıq səviyyəsi:

A-çox etibarlı

B-etibarlı

C-nisbətən etibarlı

D-az etibarlı

 

 

saglamliq.isim.az

Check Also

Bu xəstəliyi olanlar səhər bol miqdarda qəhvə içsin

Portuqaliyalı alimlər səhər tezdən çoxlu miqdarda qəhvə içməyə daha bir səbəb tapıblar. Medicina.az Trend-ə istinadən …

160*600 120*600