Cümə axşamı , Dekabr 12 2019
Home / Xəstəliklər / Şəkərli diabet xəstələri üçün MÜJDƏ
mages_stories_SAGLAMXEBER_bioengineers

Şəkərli diabet xəstələri üçün MÜJDƏ

mages_stories_SAGLAMXEBER_bioengineers

Texas Universiteti alimləri şəkərli diabetlə bağlı olan 3 biomarkerin (kortizol, qlükoza, interleykin-6) səviyyəsini ölçən kiçik və istifadədə olduqca əlverişli cihaz hazırlayıblar.

Artıq analiz üçün qan lazım olmayacaq, cihaz biomarkerlərin səviyyəsini tərdə ölçür. Bunun üçün mikroskopik miqdarda tər kifayət edir. Məlumat datçikdən smartfona ötürülür.

Zdorovye jurnalı xəbər verir ki, alimlərin bu vaxta qədər hazırladığı belə cihazların arasında bu cihaz ən dəqiq və qənaətli sayılır.

Belə cihaz yalnız şəkərli diabet xəstələri üçün deyil, bu xəstəliyə genetik meyli olan insanlara da lazımdır. Bu onlara xəstəliyin inkişafının qarşısını almağa kömək edəcək.

Saglamolun.Az

Check Also

Bu xəstəliyi olanlar səhər bol miqdarda qəhvə içsin

Portuqaliyalı alimlər səhər tezdən çoxlu miqdarda qəhvə içməyə daha bir səbəb tapıblar. Medicina.az Trend-ə istinadən …

160*600 120*600