Çərşənbə , Avqust 21 2019
Home / Həkim Məsləhətləri / Beyinin ocaqlı patologiyaları

Beyinin ocaqlı patologiyaları

Baş beyinin ocaqlı patologiyaları dedikdə irinin beyin maddəsində məhdud şəkildə toplanması nəzərdə tutulur. Beyinin ocaqlı patologiyaları ən çox beyindaxili, az hallarda isə epidural və subdural abaseslərə təsadüf edilir.

Araşdırmalar ocaqlı beyin abseslərinin hər 100000 adamdan birində meydana çıxdığını göstərir.

Beyində meydana çıxan ocaqlı patologiyalar streptokokk, stafilokokk, pnevmokokk və meninqokokklar tərəfindən əmələ gəlir. Bəzi hallarda isə müayinələr zamanı ocaqlı patologiyaların bağırsaq çöpləri, ibtidailər və qarışıq flora səbəbindən də törədildiyinə rast gəlinir. Ocaqlı patologiyanı əmələ gətirən infeksiyalar beyinə müxtəlif yollarla (kontakt, metastatik və travmatik)daxil ola bilir.

Praktikada ən çox kontakt abseslərə rast gəlinir, kəllə boşluqları, göz çuxuru və beyin qişalarında müşahidə edilən absseslər astoidit və otit nəticəsində inkişaf edir.

Beyində baş verən ocaqlı patologiyaların təxminən yarısı otogen mənşəlidir. Kəskin formadan fərqli olaraq, xroniki irinli otitlər daha çox beyində ocaqlı fəsadlaşma verə bilir. Otitlər zamanı infeksiya gicgah sümüyünün təbil boşluğu və mağaralı cibblərin damı vasitəsilə arxa kəllə çuxuruna keçərək beyin gicgah payının absesini törədir. Nadir hallarda oto və rinogen abseslər septik artrit zamanı vena və ciblərin trombozu nəticəsində inkişaf edir. Bu zaman abseslər ilkin infeksiya ocaqlarından uzaqda – beyinin dərin şöbələrində yerləşir.

Bəzən beyində əmələ gələn ocaqlı patologiyalar ağ ciyər xəstəlikləri (pnevmoniya, bronxoektaz, abses və empiema) səbəbindən baş verir. Bu abaseslər metastatik irin ocaqlarıdır. Bəzən isə xoralı endoartrit, osteomielit və daxili üzvlərin absesləri də beyində metastatik patoloji irin ocaqlarının əmələ gəlməsinə səbəb olur. Bu zaman xəstəliyin əmələ gəlməsinə septik emboliya səbəb olur.

Travmatik abseslər kəllənin açıq zədələnmələri zamanı beyin qişasına infeksiya düşməsi səbəbindən baş verir. Bu zaman infeksiya beyini zədələyən alət vasitəsilə içəri daxil olur.

Xəstəliyin əmələ gəlmə prosesi

Əvvəlcə infeksiya beyinə daxil olub beyin qidalarında məhdud iltihabi-irinli ensefalit əmələ gətirir. Bu beyində ocaqlı patologiyaların meydana çıxmasına səbəb olur. Xəstəlik müalicə olunduqda çapıqlaşma nəticəsinddə sağalma baş verir. Müalicə və sağalma baş vermədikdə beyin toxumasının əriməsi nəticəsində irinlə dolu boşluq – məhdud irinli sahə yaranır. Boşluğun kənarlarında möhkəm toxuma kapsulu yaranır və bu abses kapsullaşması adlanır.

Beyinin ocaqlı patoloji xəstəliklərinin diaqnozu anamnestik göstəricilərə əsaslanaraq, ümumi əlamətlərə nəzər salaraq kliniki müayinələr əsasında qoyulur.

Beyin absesi həmişə ağır diaqnoz olub, 40-60% hallarda ölümlə nəticələnir.

 

 

immunitet.az

Check Also

Bu xəstəliyi olanlar səhər bol miqdarda qəhvə içsin

Portuqaliyalı alimlər səhər tezdən çoxlu miqdarda qəhvə içməyə daha bir səbəb tapıblar. Medicina.az Trend-ə istinadən …

160*600 120*600