Cümə axşamı , İyul 18 2019
Home / Xəstəliklər / AMH hormonu nədir, rolu, normal dəyəri

AMH hormonu nədir, rolu, normal dəyəri

 

AMH hormonu nədir? Nə vaxt ölçülür?

Fetal testisin sertoli hüceyrələri tərəfindən 8-ci hamiləlik həftəsində puberteyə qədər yüksək səviyyədə ifraz olunur. Qız uşaqlarında 36-cı hamiləlik həftəsindən sintez olunmağa başlayır. Doğumda çox aşağı olur, ilk 2-4 il minimum artım göstərir. Preantral və antral fallikul granuloza hüceyrələri tərəfindən ifraz edilir.

Üstünlükləri:
Yaş ilə dəyişən ilk markerdır,
Menstruasiya arası dəyişiklik minimumdur,
Menstruasiyanın hər dövründə məlumat verə bilər

Ovulyasiya sonrası AMH səviyyələrində yüngül ancaq statistik olaraq mənalı bir azalma izlənmişdir. Lakin erkən luteal faza dalğalar iki erkən follikul faza arası sahə dalğalanmasından çox deyildir. Buna görə də erkən luteal faza sahələri də klinik olaraq istifadə edilə bilər.

AMH hormonu haralarda istifadə edilir?
                                                           İstifadə sahələri:

Yumurtalıq ehtiyatının müəyyən edilməsi (ümumi populyasiya, infertil xəstədə ovulyasiya indüksiyonu öncəsi, xərçəng müalicəsi öncəsi və sonrası)
OHSS (OHSS- infertilite müalicəsində yumurtalıqları oyatmaq üçün istifadə edilən hormon dərman vasitələrinin yumurtalıqları həddən artıq xəbərdar etməsi ilə yaranan bir haldır.) riskini proqnozlaşdırmada
PCOS-un (yumurtalıqların polikistoz sindromu) təsdiqində
Granuloza hüceyrəli şişdə marker kimi
 

AMH hormonunun normal dəyərləri nədir?

Yumurtalıq reservinin aşağı olduğunu göstərən həddə dəyər: 0.99
OHSS riskini göstərən həddə dəyər: 3,36
Orta hesabla AMH səviyyələri PCOS-da mənalı dərəcədə yüksəkdə POF-da aşağı, hipotalamik amenoredə isə nəzarətlərə yaxın olmuşdur.

Normal, ovulatuar və nonovulatuar polikistozlu yumurtalıqlar arasında AMH istehsalı baxımından mənalı fərqlilik gösterilmiştir. (Ovulatuar PCO granulosa hüceyrəsi analizlərində normanın 4 qatı, Anovulatuar PCO-da normadan75 dəfə)

 

ginekoloq.az

Check Also

Bu xəstəliyi olanlar səhər bol miqdarda qəhvə içsin

Portuqaliyalı alimlər səhər tezdən çoxlu miqdarda qəhvə içməyə daha bir səbəb tapıblar. Medicina.az Trend-ə istinadən …

160*600 120*600