Cümə axşamı , May 23 2019
Home / Həkim Məsləhətləri / Zülal və karbohidratların birgə istifadəsi təhlükəlidir
Zülal və karbohidratların birgə istifadəsi təhlükəlidir

Zülal və karbohidratların birgə istifadəsi təhlükəlidir

Zülal və karbohidratların birgə istifadəsi təhlükəlidir

Amerikalı alimlər zülal və karbohidratların eyni zamanda istifadəsinin təhlükəli ola biləcəyinin səbəblərini açıqlayıblar.
Belə ki, bu qarışıq orqanizmdə neqativ təsirlərə, qida alışqanlıqlarında dəyişikliklərə və orqanizmdə piyin yığılmasına gətirib çıxara bilər.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, müvafiq tədqiqat “BMC Nutrition” jurnalında dərc edilib.
Zülalların və karbohidratların birləşməsi piylərin parçalanması prosesini ləngidir, bu zaman nə qədər çox protein istifadə edilərsə (şəkər ilə birgə), bir o qədər az lipeid yaranır. Qidanın ümumi kalorisinin yüksəldilməsi, qidada olan enerjinin proporsional mənimsənilməsinə yol açmır.
Tədqiqatçılar 13 qadın və 14 kişini müşahidə edərək bu nəticəyə gəliblər. Onların hamısı sağlam və orta yaş həddi 23-dür. Eksperiment iki mərhələdən ibarət olub və hər biri 24 saat çəkib. Birinci mərhələdə iştirakçılar səhər və naharda 15 faiz zülalın olduğu iki pay yemək yeyiblər, ikinci mərhələdə zülalların miqdarı iki dəfə artırılıb. Bütün yeməklər eyni ərzaqlardan ibarət olub, bura 500 kilokalori qida dəyəri olan 17 qram yağ daxil olub. İştirakçılar yeməklərdən biri ilə tərkibində şəkər olan içki də içiblər. Müşahidələr kilokalorilərin sərf edilməsinə nəzarətin mümkün olduğu xüsusi məkanda aparılıb.
Mütəxəssislər şəkər qatılmış içkilərdən alınan kalorilərin üçdə birinin orqanizmdə sərf edilmədiyini qeydə alıblar, bu isə piylərin parçlanması prosesini ləngidir. Nəticədə isə maddələr mübadiləsi üçün lazım olan summar enerjinin azalmasına gətirib çıxarır.

Saglamolun.Az

Check Also

Bu xəstəliyi olanlar səhər bol miqdarda qəhvə içsin

Portuqaliyalı alimlər səhər tezdən çoxlu miqdarda qəhvə içməyə daha bir səbəb tapıblar. Medicina.az Trend-ə istinadən …

160*600 120*600