Şənbə , Noyabr 17 2018
Home / Həkim Məsləhətləri / Zökəm və ya yuxarı tənəffüs yollarının infeksiyaları

Zökəm və ya yuxarı tənəffüs yollarının infeksiyaları

Zökəm və ya yuxarı tənəffüs yollarının infeksiyaları – Zökəm törədən 200-dən artıq virus elmə məlumdur.

Uşaqların coxu ildə 6-8 dəfə zökəmlə xəstələnir. Məktəbə və ya bağçaya gedən uşaqlarda bu rəqəm daha da artıq ola bilər. 6 yaşdan sonra bu say get gedə azalır, yeniyetmə dövründə 2-3 dəfəyə qədər azalır.

Zökəm əsasən payız və qış aylarında daha çox yayılır. Bunun səbəbi düşündüyünüz kimi havanın soyuması deyil. Səbəb qış aylarında qapalı məkanlarda havanın az sıxlıqla dəyişdirilməsidir. Digər tərəfdən havada rütubətin az olması burun selikli qişasını qurudaraq viruslara yoluxmanı asanlaşdırır.

Zökəm əlamətləri uşaq virusa yoluxduqdan 1-3 gün sonra başlayır. Yoluxma hava damcı yolu ilədir. Xəstə insan asqırma və öskürmə ilə havaya viruslar xaric edir. Yoluxma nəfəs aldığımız hava ilə və ya ortaq istifadə edilən əşyalarla baş verir. Xəstəlik adətən 1 həftə davam edir. Bəzi uşaqlarda bu müddət 2 həftəyədək arta bilər.

Uşaqlarımızı viruslardan qorumaq üçün uşaqların əllərini tez tez yumaq, otağın havasını dəyişmək, ortaq istifadə olunan əşyaları tez tez yumaq lazımdır. Zökəmin ağırlaşmaları orta qulaq iltihabı, pnevmoniya və ya ikincili bakterial infeksiyalar ola bilər. Bu səbəbdən zökəmli uşaq həkim nəzarətində olmalıdır.

 

az-tibb.com

Check Also

Bu xəstəliyi olanlar səhər bol miqdarda qəhvə içsin

Portuqaliyalı alimlər səhər tezdən çoxlu miqdarda qəhvə içməyə daha bir səbəb tapıblar. Medicina.az Trend-ə istinadən …

160*600 120*600