Cümə axşamı , Dekabr 12 2019
Home / Xəbərlər / Yaddaş pozğunluğu əslində beynin faydalı xüsusiyyətidir
brain

Yaddaş pozğunluğu əslində beynin faydalı xüsusiyyətidir

brain

Toronto Universitetindən olan alimlər öyrəniblər ki, qısa yaddaş əslində xeyirli bir xüsusiyyətdir.

Onların fikrincə qısa yaddaş beynin, məlumat çoxluğuna qarşı sağlam reaksiyasıdır. Belə ki, lazımi məlumatların əlavə olunması üçün köhnə və lazımsız məlumatlar beyindən silinir. Əgər siz tez-tez öz mobil telefonunuzu və ya avtomobil açarınızı evdə unudursunuzsa, onda bunu yaşlılıqla əlaqələndirən qohumlarınıza qulaq asmayın. Bu, yaşlılıq deyil. Bu, beynin, daxili yaddaş həcmini təmizləməsi özəlliyidir. Belə bir qənaətə gələn alimlərin fikrincə yaddaş daha dəqiq məlumatı deyil, gələcəkdə düzgün qərarlar qəbul etməyə yardımçı olacaq daha faydalı məlumatları özündə saxlayır. Alimlər öyrəniblər ki, müəyyən müddətdən sonra yaddaş funksiyasına cavabeh olan neyron şəbəkələri zəifləyir, yeni neyronlar isə artıq varolan xatirələrin yerinə digərlərini yazırlar. Bu, insanın yeni vəziyyətə öyrəşməsi üçün edilir. Siçanlar üzərində aparılmış təcrübələrdən biri göstərib ki, əgər siçanların köhnə xatirələri silinərsə, onda onlar yeni labirintdə çıxışı daha tez taparlar.

Technote.az bildirir ki, ətraf mühitdə dəyişikliklərin necə sürətlə baş verməsi ilə yanaşı həmdə köhnə faktları da həmin sürətlə unutmaq lazımdır. Yaddaş pozğunluğunun digər bir səbəbi isə ümumiləşdirmədir. Belə ki, son dəfə hansısa kafeyə gedən zaman hənin kafedə keçirilmiş xoş vaxtın bütün detallarını xatırlamaq, beyin üçün mənasızdır. Əksinə həmin kafeyə bir daha gedib-getməməyə qərar vermək üçün qısa təəssürat anında yaşanılmış həyəcanı ümumiləşdirmək lazımdır. Bunların hamısı isə beyindəki yaddaş həcminin səmərəli istifadəsi üçün nəzərdə tutulub. “Beyninizin, bir-birilə uyğunlaşmayan ən kiçik detallar barədə xatirələri yaddaşda saxlaya biləcəyi bir dünyada yaşamaq çətin olardı. Bu, ən düzgün qərarın qəbul olunmasında çətinliklər yaradacaqdı. Biz, müxtəlif yarışlarda iştirak edən və müxtəlif faktları bilən insanları ideallaşdırırıq. Lakin yaddaşın məğzi, 1972-ci ildə Stenli kubokunun kim tərəfindən udulmasını xatırlamaq deyil. Yaddaşın əsas özəlliyi bizi, düzgün qərarlar qəbul edən ağıllı insan etməkdir. Lazımsız məlumatları unutmadan buna nail olmaq isə çox qəliz məsələdir” – deyə alimlərdən biri qeyd edib.

Saglamolun.Az

Check Also

Bu xəstəliyi olanlar səhər bol miqdarda qəhvə içsin

Portuqaliyalı alimlər səhər tezdən çoxlu miqdarda qəhvə içməyə daha bir səbəb tapıblar. Medicina.az Trend-ə istinadən …

160*600 120*600