Cümə axşamı , Dekabr 12 2019
Home / Həkim Məsləhətləri / Ürək üçün ən ziyanlı 5 qida

Ürək üçün ən ziyanlı 5 qida

Bütün dünyada insan ölümünün başlıca səbəbi ürək-damar sistemi xəstəlikləridir

Ürək və damarların sağlamlığı bir çox amillərdən asılıdır. Bu amillərdən ən vacib olanı qidamızdır.

Urək üçün ən ziyanlı qidaların siyahısını təqdim edirik:

1. Çox qızardılmış qidalar. Yağda qızardılma zamanı çoxlu miqdarda ziyanlı maddələr ifraz olunur. Bu maddələr ürək-damar sistemi xəstəliklərinin riskini xeyli artırır və həmçinin kanserogen (xərçəng əmələ gətirən) xüsusiyyətlərə malikdir.

2. Kolbasa-sosis. Araşdırmalar göstərir ki, bu məhsulların tərkibində çoxlu miqdarda duz və konservantların olması ürək və damarlar üçün çox ziyanlıdır. Duz orqanizmdə mayeni saxlayır və bununla da ürəyə düşən gərginliyi artırır. Konservantlar isə ürək əzələsinə toksiki təsir edir.

3. Duzlu qidalar, şorabalar.

4. Şirniyyatlar, şəkər, şirin qazlı içkilər. Şəkər damarların sağlamlığına xüsusilə ciddi ziyan vurur, damarlarda iltihab yaradır ki, nəticədə onlarda xolesterin yığılmağa başlayır. Xolesterin damarı daraldır, onu daha zəif və kövrək edir, damarın tıxanmasının və partlamasının riskini artırır. Sağlam damarın daxilində xolesterin yığılmır.

5. Marqarin və s. trans-yağlar.

 

saglamolun.az

Check Also

Bu xəstəliyi olanlar səhər bol miqdarda qəhvə içsin

Portuqaliyalı alimlər səhər tezdən çoxlu miqdarda qəhvə içməyə daha bir səbəb tapıblar. Medicina.az Trend-ə istinadən …

160*600 120*600