Bazar ertəsi , İyul 22 2019
Home / Həkim Məsləhətləri / Şokolad yeyərək 7 gündə 7 kilo arıqlayın – PƏHRİZ
шоколад

Şokolad yeyərək 7 gündə 7 kilo arıqlayın – PƏHRİZ

шоколад

Adətən pəhriz saxlayarkən şirin qidaları menyudan çıxarırlar. Amma bu dəfə sizə fərqli pəhriz təqdim edəcəyik. Pəhriz saxlamaq üçün heç bu qədər şirin bir şey məsləhət görülməyib. Saglamheyat.com 7 gündə 7 kilo arıqlamağın sirlərini sizinlə bölüşür.

7 gündə 7 kilo arıqlamağın sirri çox bəsitdir: Sadəcə şokolad yeyin.

Gün ərzində ən çox yeyəcəyiniz şokoladın miqdarı 100 qram olmalıdır. 100 qram şokoladı 3-4 parçaya bölüb gün boyu yeyin. Lakin şokoladın tünd qara və qatqısız olması əsas şərtdir.

Axşam yeməyində isə istədiyiniz tərəvəzlərdən istifadə edərək salat hazırlayın. Salata limonun suyunu sıxın. İstəsəniz, zeytun yağı da qata bilərsiniz.

Təbii ki, bunlarla yanaşı çəkinizlə mütənasib olaraq su içməyi də unutmayın. Bunu kilo başına 30 ml olaraq hesablaya bilərsiniz.

Şokolad pəhrizi saxlamazdan əvvəl həkiminizlə məsləhətləşsəniz, yaxşı olar.

saglamheyat.com

Check Also

Bu xəstəliyi olanlar səhər bol miqdarda qəhvə içsin

Portuqaliyalı alimlər səhər tezdən çoxlu miqdarda qəhvə içməyə daha bir səbəb tapıblar. Medicina.az Trend-ə istinadən …

160*600 120*600