Cümə axşamı , Dekabr 12 2019
Home / Xəbərlər / Şirin badam yağının faydaları
badam_yaqi

Şirin badam yağının faydaları

badam_yaqi

Ürək sağlamlığına yaxşı təsir göstərir: Şirin badam yağı ürək üçün faydalı olan maddələrlə zəngindir, bu səbəblə, ürək sağlamlığını dəstəkləyir.

Ürək problemi olanlara çox vaxt hər gün bir ovuc çiy badam istehlak etmələri də təklif olunur. Badam yağı ürək üçün yaxşı qəbul edilən oleik turşu adı verilən təkli doymamış yağlı turşular baxımından zəngindir.

Yaddaşı gücləndirir: Cənub-Şərqi Asiya mədəniyyətində, bir neçə badamı suda bir gecə saxladıqdan sonra səhərin ilk saatlarında suyuyla birlikdə istehlak etmək ümumi bir tətbiqdir. Bunun beyin gücünü artırdığı və yaddaşı inkişaf etdirdiyi hesab edilir.

Deyerler.org bildirir ki, iltihablanma ilə mübarizə aparır: yağların zərərli olduğuna dair bəzi səhv düşüncələr var. Halbuki bütün yağlar zərərli deyil. Bunlardan bəziləri bədənimiz üçün əsasdır. Bədənimiz bu əsas yağ turşularını özü ifraz etmədiyindən əksəriyyətlə xarici qaynaqlardan asılı qalır. Şirin badam yağı da bu vəziyyətdə bizə olduqca köməkçi olur.

Həzm sisteminə dəstək olur: şirin badam yağı bağırsaqları təmizləyən vasitə kimi tanınır. Bu səbəblə, həzm sisteminə yaxşı təsir edir. Bağırsaq hərəkətliliyini artıran şirin badam yağı, qəbizlik problemlərinin müalicəsinə köməkçi olur.

Saglamolun.Az

Check Also

Bu xəstəliyi olanlar səhər bol miqdarda qəhvə içsin

Portuqaliyalı alimlər səhər tezdən çoxlu miqdarda qəhvə içməyə daha bir səbəb tapıblar. Medicina.az Trend-ə istinadən …

160*600 120*600