Çərşənbə , Dekabr 11 2019
Home / Xəbərlər / Sevdiyiniz rəng sizdə olan xəstəliyə işarə edə bilər

Sevdiyiniz rəng sizdə olan xəstəliyə işarə edə bilər

Rəng seçiminiz psixoloji durumunuzun vəziyyətini bildirir.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, araşdırmalara görə, psixoloji xəstəlikləri olan insanların rəng seçimi bir rəngə istiqamətlənir.

Məlumata görə, psixoloji pozğunluqları olan xəstələr daha çox qara rəngə üstünlük verirlər. Onlar özlərini bu rəngdə daha rahat hiss edirlər və uyğun olmayan rənglərdə narahat olurlar. Buna görə də psixoloji problemləri olan şəxslər  ümidsizliyin və kədərin rəmzi olan qara rəngə daha çox üstünlük verirlər.

Depressiyada olan insanlar isə daha çox boz rəngə üstünlük verir. Neqativ düşüncəyə malik olan depressiv insanlar bədbəxtliyin rəmzi olan boz rəngi seçir.

Mütəxəssislərə görə, həssas insanların favorit rəngi sarıdır. Belə insanlar sarı rənglə bərabər bənövşəyi rəngə də üstünlük verir.

Arşdırmalara görə, intihar edən insanların arasında bənövşəyi, tünd göy rəngi sevənlər çoxluq təşkil edir.

 

 

saglamheyat.com

Check Also

Bu xəstəliyi olanlar səhər bol miqdarda qəhvə içsin

Portuqaliyalı alimlər səhər tezdən çoxlu miqdarda qəhvə içməyə daha bir səbəb tapıblar. Medicina.az Trend-ə istinadən …

160*600 120*600