Cümə axşamı , Noyabr 15 2018
Home / Həkim Məsləhətləri / Satışda olan ayaqqabıları yalın ayağa geyinib yoxlamayın – Ayaqqabı mağazalarında sizi gözləyən təhlükə

Satışda olan ayaqqabıları yalın ayağa geyinib yoxlamayın – Ayaqqabı mağazalarında sizi gözləyən təhlükə

4 yaşlı Sienna Rassul anası ilə ayaqqabı mağazasına gedib, ayaqqabılara baxdığı günün səhərisi özünü pis hiss etməyə başlayıb.
Medicina.az xəbər verir ki, qızın ayağının altında yara açılmış, qısa müddətdə iltihab dizə kimi yayılmışdı. Yüksək hərarətlə xəstəxanaya çatdırılan qıza sepsis diaqnozu qoyulur. 
Həkimlərin rəyinə görə, dabanında kiçik yara olan qız ayaqqabı mağazasında ayaqqabıları geyinib baxdığı zaman yaraya bacterial infeksiya keçib.
5 günlük antibiotikterapiyadan sonra xəstənin vəziyyəti düzəlib. Uşağın anası sosial şəbəkələrdə valideynləri bu hadisə barədə məlumatlandıraraq uşaqlarını qorumağa çağırır.
Həkimlərin məsləhətinə görə ayaqqabı alan zaman müxtəlif ayaqqabıları yalın ayağa keçirdikdə orda sizdən əvvəlki alıcıların ayağından keçmiş göbələk, bakteriyalar ötürülə bilər. Ona görə hətta yay aylarında belə ayaqqabı alarkən ayağınızda nazik corabla geyinin. Sonra o corabları evdə yuyun.
Bu yolla özünüzü ayaqqabı ilə keçə biləcək müxtəlif xəstəliklərdən qoruya bilərsiz.
medicina.az

Check Also

Bu xəstəliyi olanlar səhər bol miqdarda qəhvə içsin

Portuqaliyalı alimlər səhər tezdən çoxlu miqdarda qəhvə içməyə daha bir səbəb tapıblar. Medicina.az Trend-ə istinadən …

160*600 120*600