Çərşənbə , May 22 2019
Home / Xəbərlər / Sarıkökün faydaları

Sarıkökün faydaları

Sarıkök haqqında ümumi məlumat

Sarıkök zəncəfilkimilər fəsiləsinə aid olan çoxillik bitkidir. Bu bitkinin boyu 1,5-2 metrə qədər qaxa bilir. Sarıkökün yarpaqları uzunsov, oval və tünd yaşıl rəngdə olur. Sarıkök kolunun ortasından hündürə qalxan budaqda isə onun çiçəyi açır. Sarıkökün torpaqda qalan hissəsi 4-6 diametrdə olan yoğun kökdən ibarətdir. O yabanı halda bitmir. Sarıkök xüsusi istixanalarda xüsusi qaydalara uyğun olaraq yetişdirilir.
Sarıkök 20*- dən aşağı olmayan temperaturda nəmişlik ərazilərdə bitir. O ən çox tropik və subtropik bölgələrdə yetişdirilir. Sarıkök əsasən Cənub Qərbi Hindistanda, İndoneziyada, Vyetnamda və Çində bitir. Bu bitkidən alınan ədviyyat bütün dünya bazarlarında satışa çıxarılır.
Sarıkökün vətəni Hindistan və Çin sayılır. 2500 il əvvəl sarıkökdən istifadə edilib. O zamanlar sarıkökdən boya və müalicə məqsədilə istifadə olunub. Onu ilk dəfə Hindistandan Avropa öklkələrinə Makedoniyalı İskəndər gətirib. Sarıkök xalq arasında müxtəlif adlarla adlandırırlır. Onu yunanlar, hindlilər, ingilislər “Hindistan zəfəranı”, “ sarı zəncəfil”də adlandırırlar. Sarıkökün 80-a yaxın növü var. Amma ədviyyat kimi onun bir-neçə növündən istifadə olunur. İstifadə etmək üçün isə onu toz halına salırlar.
Sarıkök toz şəklində, xüsusi qoxuya malik olan, özünəməxsus dada malik olan bir ədviyyat və təbiətin yaratdığı ən təbii boyadır.
Sarıkökü üyüdülməmiş halda aldıqda onun qabığına və qoxusuna diqqət yetirmək lazımdır. Təzə sarıkök möhkəm və zədəsiz olmalıdır. Onu aldıqda etiketindəki tarixinə mütləq baxmaq lazımdır. Təzə sarıkök soyuducuda 2 həftədən çox qalmamalıdır. Onu uzun müddət saxladıqda dadı tüdləşir və acı olur.
Qurudulmuş və üyüdülmüş sarıkökü isə 2-3 il müddətində saxlamaq mümkündür.
Qurudulub üyüdülmüş sarıkök sarı-narıncı rəngə malik olur. Qida sənayesində ondan pendirlərin, marqarin yağlarının, süd məhsullarını rəngləndirilməsi məqsədilə istifadə edilir. Sarıkök sousların, ət və dəniz məhsullarının bişirilməsi zamanı da istifadə olunur. Onu toyuq məhsullarının bişirilməsi zamanı da tətbiq edirlər. Sarıkök düyüyə xüsusi rəng və dad verir.

Sarıkökün Tərkibi

100 qram sarıkökün qida dəyəri:
– Zülallar – 7, 83 qr
– Yağlar – 9,88 qr
– Karbohidratlar – 43,83 qr
– Su – 11,36 qr
– Kalori – 354 kKal.

Sarıkökün Xeyri

Sarıkökün tərkibi fosfor, dəmir, kalsium, yod, C, B1, B2, B3 vitaminləri ilə zəngindir.
Tibb sənayesində sarıkökün müalicəvi təsirlərindən çox faydalanırlar. Hindistanda sarıkökü hər bir xəstəlik zamanı istifadə edirlər. O ən təbii antibiotikdir. Sarıkök iltihab əleyhinə, qanaxma kəsici və detoksikasiya məqsədlə istifadə edilir. Sarıkök orqanizmdən toksinlərin və kimyəvi zəhərlənmələrin xaric olunmasını sürətləndirir. Qəbul edilən qidaların orqanizmə pis təsir etməməsi üçün onlara sarıkök əlavə eləmək məsləhət görülür.
Sarıkök tozu həzmi sürətləndirir, mədə şirəsinin və ödün axmasına səbəb olur. Arıqlama üçün hazırlanan təbii preparatların hamısının tərkibində sarıkök olur.
Təzə sıxılmış sarıkök şirəsi dəri xəstəliklərinin(dəmrov, eqzema və s.), ağcaqanad sancdığı yerlərin sağalmasına səbəb olur.
Hindistanda soyuqdəymələr zamanı südə qatılmış sarıkökdən istifadə edilir.
Angina və boğaz ağrıları zamanı suya sarıkök və duz əlavə edib qarışdırdıqdan sonra qarqara eləmək xəstəliyin əlamətlərinin azalmasına səbəb olur.
Faringit zamanı 1 çay qaşığı balla, 1 çay qaşığı sarıkökü qarışdırıb ağızda saxlayaraq yavaş-yavaş sormaq lazımdır.
Sarıkökü suda qarışdırdıqdan sonra ağız boşluğunu yaxalamaq dişlərdə olan xəstəliklərin azalmasına və diş əti qanaxmalarının kəsilməsinə səbəb olur.
Zədələnmələr və şişkinliklər zamanı limon şirəsi və duz qarışdırılmış su ilə kompres qoymaq patologiyaların aradan qalxmasına səbəb olur. Anemiyalar zamanı bal qaışdırılmış sarıkök yemək xəstəliyin sağalmasını sürətləndirir.
Sarıkökdən cavanlaşdırıcı losyonların, skrabların, maskaların və kremlərin hazırlanmasında geniş istifadə edilir. Sarıkök əlavə edilmiş skrablar dərini dərindən təmizləyir, cavanlaşdırır. Skrab bu qaydada hazırlanır və tətbiq edilir.
1 çay qaşığı zeytun yağı, az miqdarda duz, yarım çay qaşığı sarıçök, darçın və qəhvə tozundan hazırlanmış qarışımı massaj edərək üzə sürtüb 5-7 dəqiqə sonra yuyulur.
Bal və sarıkök qarışımından qoyulan maska dərinin cavanlaşmasına və qidalanmasına səbəb olur. Bu maska dəridəki iltihabı proseslərin də sağalmasını sürətləndirir. Bunun üçün eyni miqdarda bal və sarıkök qarışdırılaraq üzə sürtülür və 10-15 dəqiqə sonra isti su ilə yuyulur.
Epilyasiyadan sonra sarıkök sürtmək dəriyə antiseptik təsir bağışlayır və tüklərin yenidən çıxmasını ləngidir. Bu məqsədlə sarıkökü suda qarışdırıb qatı maddə şəklinə salmaq və epilyasiyadan sonra dəriyə sürtmək və bir müddət saxladıqdan sonra yumaq lazımdır. Bu zaman sizin dəriniz sarı rəngə çalarsa, o zaman qorxmaq lazım deyil, çünki 12 saatdan sonra bu rəng öz-özünə keçib gedəcəkdir.
Bir stəkan qaynar süd və 1 çay qaşığı sarıkök qarışımı orqanizmin cavanlaşmasına səbəb olur. Qarışımı birbaşa və ya gün ərzində az-az içə bilərsiniz.

Sarıkökün Ziyanı

2 yaşına qədər uşaqların sarıkökdən istifadə eləməsi məsləhət deyil. Nefrit, pankreatit, hepatit və ciddi mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkənlərə uzun müddət sarıkök istifadə eləmək olmaz. Bu mədə şirəsinin və xarici sekresiya vəzilərinin işini korlaya bilər. Bəzi həkimlər hamiləlik zamanı qadınlara sarıkökdən istifadə eləməyi məsləhət bilmirlər. Onların fikrincə sarıkök uşaqlarda allergiyanın əmələ gəlməsinə səbəb ola bilər.

Check Also

Bu xəstəliyi olanlar səhər bol miqdarda qəhvə içsin

Portuqaliyalı alimlər səhər tezdən çoxlu miqdarda qəhvə içməyə daha bir səbəb tapıblar. Medicina.az Trend-ə istinadən …

160*600 120*600