Cümə axşamı , İyul 18 2019
Home / Qadın / Saçları qalın edən, uzanmasını sürətləndirən 20 qəpiklik vasitə

Saçları qalın edən, uzanmasını sürətləndirən 20 qəpiklik vasitə

Nikotin turşusu bir çox saçlara baxım üçün istifadə olunan vasitələrin tərkibinə daxil edilir.

Bu vasitənin siqaretlərin tərkibində olan nikotinlə heç bir əlaqəsi yoxdur. Nikotin turşusu müxtəlif xəstəliklər və pozulmalar zamanı istifadə olunan bioloji aktiv maddədir.

Nikotin turşusunun maddələr mübadiləsini və qan dövranını yaxşılaşdırmaq, damarları genişləndirmək kimi faydalı xüsusiyyətləri var. Məhz bu xüsusiyyətlər onu saçlara baxım zamanı olduqca faydalı edir. Nikotin turşusu saçların uzanmasını sürətləndirir, saçları daha sağlam və qalın edir, saçların tökülməsini azaldır.

 Sizə nikotin turşusunun saçlar üçün istifadə qaydasını təqdim edirik.

İstifadə qaydası:

1-2 ampul (bundan artıq yox!) açılır, şprisin köməyi ilə bir qaba tökülür və barmaqlara baş dərisinə çəkilir. Vasitəni təmiz baş dərisinə çəkmək lazımdır. Maskanı yumaq lazım deyil.

Nikotin turşusunu həftədə 2 dəfə 1 ay ərzində istifadə etmək lazımdır. Daha sonra 1 ay fasilə verin və müalicəni təkrarlayın.

Maskanı istifadə edəndə baş dərisində yüngül yandırma, qarışqaların yeriməyi hissi yarana bilər. Bu normaldır.

Diqqət! İstifadə etdikdən sonra güclü qaşınma, səpgilər, baş ağrısı və s. allergiya simptomları əmələ gəldikdə, başınızı dərhal yuyun və daha sonra bu vasitədən istifadə etməyin.

Allegiyaya meylli olan insanlar nikotin turşusundan istifadə etməməlidir.

 

saglamheyat.com

 

Check Also

Bu xəstəliyi olanlar səhər bol miqdarda qəhvə içsin

Portuqaliyalı alimlər səhər tezdən çoxlu miqdarda qəhvə içməyə daha bir səbəb tapıblar. Medicina.az Trend-ə istinadən …

160*600 120*600