Bazar ertəsi , İyul 22 2019
Home / Kişi / Qarğıdalı yağı

Qarğıdalı yağı

 

Qarğıdalı istehsalına 7-12 min il əvvəllər başlanmışdır. İlk dəfə qarğıdalı Meksika ərazilərində əkilib. Ən qədim qarğıdalı qalıqları Oaxaka rayonunda olan Qvila Nakits mağarasında arxeoloji qazıntılar zamanı tapılıb.
Qarğıdalı yağı açıq sarı rəngdən, qəhvəyi rəngə qədər ola bilir. Onun xoş ətri və özüəməxsus dadı olur. Onu “Qərbin qızılı” da adlandırırlar. Qarğıdalı yağının aşağıdakı növləri var:
* rafinəedilmiş dezodoranlaşdırılmış (D marka) – dietik qidaların hazırlanmasında istifadə edilir
* rafinəedilmiş dezodoranlaşmış (P marka) – ümumi qidalanmada isstifadə edilir
* rafinəedilmiş dezodoranlaşmamış – xüsusi iyə məxsus olur, təyin edilmiş təmizliyə ehtiyacı olan növ
* rafinəedilməmiş – tünd rəngli, artıq maddələri çox olan Bu cür qarğıdalı yağının tərkibində faydalı maddələrin miqdarı çox olur.
Necə seçməli?
Qarğıdalı alarkən onun rənginə diqqət yetirmək lazımdır. Onun rəngi duru və eyni tona malik olmalıdır. Mütəxəssislər şüşə qablaşdırmada olan qarğıdalı yağını almağı məsləhət görürlər. Mütəxəssislər orta qiymətə satılan və keyfiyyətli qarğıdalı yağını almağı məsləhət bilirlər. Qiyməti ucuz olan qarğıdalı yağının keyfiyyəti yaxşı olmaya bilər. Belə yağdan uzaq durmaq lazımdır.
Qarğıdalı yağı alarkən harada istehsal edilməsinə də diqqət yetirmək lazımdır.
Necə saxlamalı?
Uzun müddət saxlanılan qarğıdalı yağının ətri dəyişə bilər. Onu şüşə qabda və soyuducuda saxlamaq lazımdır. Qarğıdalı yağının tərkibi faydalı maddələrlə zəngindir. Rafinəedilmiş qarğıdalı yağının tərkibinin 85%-ni doymamış yağ turşuları təşkil edir. Onun tərkibində F, B1, E, PP, A vitaminləri var. Qarğıdalı yağının əsas təkibi E vitamini ilə zəngindir. Bu yağ antioksidant təsirə malikdir, orqanizmin müdafiə qüvvəsini artırır və qocalmanı ləngidir.
E vitamini cinsiyyət üzvlərinin funksiyasını yaxşılaşdırır, hamilə qafdınlar üçün çox faydalıdır. O potensial mutasiya hüceyrələrini qoruyur.
Alimlər insan orqanizminin qocalmasının səbəbini araşdırarkən onun sərbəst radikallar tərəfindən baş verdiyini təsdiq etmişlər. Araşdırmalar zamanı E vitamininin sərbəst radikallıara qarşı mübarizə aparmaq qabiliyyətinə malik olduğu da aşkar edilir. Qarğıdalı yağının tərkibində E vitaminin çox olması onun orqanizm üçün çox faydalı olduğunun göstəricisidir. Qarğıdalı yağının tərkibində olan E vitamininn miqdarı günəbaxan və zeytun yağının tərkibindəkindən 2 dəfə çoxdur. Bu vitamin qadın orqanizmi üçün ən faydalı sayılan vitaminlərdəndir. Qarğıdalı yağı dietik qidalardandır. O bütün orqanizmə müsbət təsir göstərir. Daimi olaraq bu yağdan istifadə eləmək orqanizmdə maddələr mübadiləsinin yaxşılaşmasına səbəb olur. O bağırsaqların işini yaxşılaşdırır, qaraciyər və öd kisəsinin fəaliyyətini normallaşdırır, ödqovucu təsir göstərir. Bu qida maddəsi genetik hüceyrələri qoruyur, onların mutasiyaya uğramasının qarşısını alır, oprqanizmi kimyəvi zəhərlənmələrdən uzaq tutur. Qarğıdalı yağı trobəmələgəlmənin, atereskleroz əlamətlərinin qarşısını alır.
Xalq təbabətində qarğıdalı yağından istifadə edilir. Ondan müxtəlif xəstəliklərin sağalmasında istifadə edilir. Hər səhər acqarına və yatmazdan əvvəl az miqdarda qarğıdalı yağı içmək öd kisəsi və bağırsaq spazmlarının qarşısını alır. Şəkərli diabet, bağırsaq xəstəlikləri və maddələr mübadiləsinin pozğunluqları zamanı səhər və axşam yeməyindən 30-40 dəqiqə əvvəl 1 xörək qaşığı qarğıdalı yağı içməkdə fayda var.
Qarğıdalı yağının zərərli xüsusiyyətləri
Qarğıdalı yağının zərərləri barədə heç yerdə qeydlərə rast gəlinməyib. Zamanı keçmiş və qoxusunu dəyişmiş qarğıdalı yağından istifadə eləmək orqanizmdə patoloji əlamətlərin meydana çıxmasına səbəb ola bilər.

 

immunitet.az

Check Also

Bu xəstəliyi olanlar səhər bol miqdarda qəhvə içsin

Portuqaliyalı alimlər səhər tezdən çoxlu miqdarda qəhvə içməyə daha bir səbəb tapıblar. Medicina.az Trend-ə istinadən …

160*600 120*600