Cümə axşamı , Noyabr 15 2018
Home / Həkim Məsləhətləri / Qaraciyəri qoruyan sirli vitamin

Qaraciyəri qoruyan sirli vitamin

A, C, D, B2, B6, B12 kimi vitaminlər və onların orqanizmə olan təsiri haqqında hamı eşidib.

Lakin bəzi vitaminlər var ki, onların faydaları haqqında bir çoxlarımız bilmir.

Belə sirli vitaminlərdən biri B8 (inozitol) vitaminidir.

B8 vitamini beyin və cinsiyyət sisteminin normal fəaliyyəti üçün çox vacibdir, qanda xolesterinin səviyyəsini aşağı salır, damarları qoruyur, saçların sağlamlığı və gözəlliyi üçün əvəzolunmaz maddədir.

Bundan əlavə inozitol qaraciyəri müxtəlif ziyanlı təsirlərdən (spirtli içkilər, dərmanlar, toksinlər və s.) qoruyur, qaraciyərdə piylənmənin qarşısını alır.

Saglamolun.az B8 vitamininin əsas mənbələrini təqdim edir:

– cücərdilmiş buğda,

– buğda kəpəyi,

– yulaf yarması,

– portağal,

– noxud,

– araxis,

– qreypfrut ,

– mərci,

– kişmiş,

– yemiş,

– gül kələmi,

– kök,

– şaftalı,

– ağ kələm.

 

Saglamolun.Az

Check Also

Bu xəstəliyi olanlar səhər bol miqdarda qəhvə içsin

Portuqaliyalı alimlər səhər tezdən çoxlu miqdarda qəhvə içməyə daha bir səbəb tapıblar. Medicina.az Trend-ə istinadən …

160*600 120*600