Cümə axşamı , Dekabr 12 2019
Home / Xəbərlər / Pərpətöyünün sağlamlıq üçün BİMƏDİYİNİZ FAYDALARI
SAGLAMQIDA_perpetoyun

Pərpətöyünün sağlamlıq üçün BİMƏDİYİNİZ FAYDALARI

SAGLAMQIDA_perpetoyun

Pərpətöyün çox faydalı göyərtidir. Pərpətöyün A, B1, B2, K, PP vitaminləri, üzvi turşular, qlükoza, saxaroza, zülali maddələr, kalsium, kalium, maqnezium, manqan, yağlı turşular və digər insan sağlamlığı üçün vacib maddələrlə zəngindir.

1. Tərkibində olan təbii hormonabənzər maddə orqanizmə noradrenalin kimi təsir göstərir, mərkəzi sinir sistemini stimullaşdırır və tonusu artırır.

2. Sidik kisəsində olan iltihabi proseslərə qarşı təsir göstərir, həmçinin sidikqovucu effekt verir.

3. Mədəaltı vəzdən insulin hormonunun sintezini artıraraq qanda qlükozanın səviyyəsini azaldır.

4. Kalium və maqneziumla zəngin olan pərpətöyün ürək üçün çox faydalıdır – ürək fəaliyyətini normallaşdırır, qanda xolesterinin səviyyəsini azaldır, arterial təzyiqi artıraraq hipotoniyanın qarşısını alır.

5. Xəstəliktörədici mikroblara qarşı antibakterial təsir göstərir.

6. Dəri və selikli qişaların regenerasiyasını (bərpa) sürətləndirir, dərialtı kollagenin parçalanmasını ləngidir, tərkibindəki A vitamini dərinin qidalanmasını yaxşılaşdırır, dəri yaşlanmasının qarşısını alır.

7. Pərpətöyündən hazırlanan maska dərini cavanlaşdırır və qırışların hamarlanmasını təmin edir.

8. Bağırsaqların fəaliyyətini yaxşılaşdırır.

9. Qaraciər üçün faydalıdır.

Saglamolun.Az

Check Also

Bu xəstəliyi olanlar səhər bol miqdarda qəhvə içsin

Portuqaliyalı alimlər səhər tezdən çoxlu miqdarda qəhvə içməyə daha bir səbəb tapıblar. Medicina.az Trend-ə istinadən …

160*600 120*600