Şənbə , Avqust 24 2019
Home / Xəbərlər / Özünüzü hər zaman yorğun hiss edirsiniz? – Bu da çarəsi

Özünüzü hər zaman yorğun hiss edirsiniz? – Bu da çarəsi

Fiziki cəhətdən özünüzü tez-tez yorğun hiss edir və ya əzələ ağrılarından şikayətlənirsinizsə, bu xəbər sizin üçündür.

Yenicag.az-a istinadən xəbər verir ki, müasir dünyada xroniki yorğunluq insanların tez-tez rastlaşdığı problemlərdən birinə çevrilib. Həkimlər orqanizmdə daimi yorğunluğun depressiya, həddən artıq tərləmə, əzələ və sümük ağrılarına səbəb olduğunu bildirirlər.

Onların sözlərinə görə, bu problem birbaşa bədəndə D vitaminin azlığından qaynaqlanır. Buna görə də, gün ərzində ən azı 20 dəqiqə günəş şüası qəbul etmək vacibdir. Həkimlər D vitamini əksikliyinin xərçəng, diabet, infeksiya, yüksək təzyiq kimi problemlərə səbəb olduğunu vurğulayırlar.

Bundan əlavə bir neçə qidanı davamlı qəbul etməklə bədəndə D vitamininin səviyyəsini tənzimləyə bilərsiniz:

1. Balıq yağı, balıq

2. Yumurta sarısı

3. Pendir

4. Kərə yağı

5. Qaraciyər

Qeyd edək ki, D vitamini təbii halda qidaların tərkibində çox az miqdardadır.

 

Saglamolun.Az

Check Also

Bu xəstəliyi olanlar səhər bol miqdarda qəhvə içsin

Portuqaliyalı alimlər səhər tezdən çoxlu miqdarda qəhvə içməyə daha bir səbəb tapıblar. Medicina.az Trend-ə istinadən …

160*600 120*600