Bazar ertəsi , Sentyabr 23 2019
Home / Həkim Məsləhətləri / Öyrənməkdə çətinlik çəkən uşaqlara əzəbləşməyin

Öyrənməkdə çətinlik çəkən uşaqlara əzəbləşməyin

Ailələr çox vaxt uşaqları ilə əlaqədar “Sevdiyi şeylərə diqqət göstərir, amma dərslərinə gəlincə işləmək istəmir” deyə şikayətlənirlər. Amma siz bunun bir xəstəlik olduğunu bilirsinizmi?

Uşaqlar ümumiyyətlə sevdikləri hər hansı bir şeyə diqqətlərini verdikləri zaman beyinlərindəki ön bölgə sisteminin primitiv refleksindən istifadə edirlər. Bu, beynin dərinliyində qorunmuş bir mərkəzdir və asanlıqla təsirlənməz. Beynin ön bölgəsində bir çətinlik meydana gəldikdə isə diqqət dağılır və konsentrasiya pozulur. Bu vəziyyət isə ailə içində ‘uşağım dərsə hazırlaşmaq istəmir’ deyə şərh olunur. Psixiatrlar bu məsələ ilə bağlı, “Diqqət, konsentrasiya mərkəzimiz beynimizin ön bölgəsindədir. Bu mərkəzdə çətinlik, problem və ya pozuqluq səviyyəsində ola bilər. Akademik məlumatı öyrənə bilməyimiz üçün diqqət və konsentrasiyamızın normal səviyyədə olması lazımdır” deyirlər.

Məlumatlar, diqqət və konsentrasiya mərkəzləri ilə əlaqəli olaraq süzülüb beynin müxtəlif bölgələrinə kodlaşdırılır. Nevroloji baxımdan, öyrənmə pozuqluqları insanın məlumatı yığmasına mane olur. Öyrənmədə çətinlik, kəslərin gördükləri məlumatı anlama və qavramada ya da eşitdikləri məlumatın beynin fərqli qisimlərinə bağlanmasındakı qabiliyyətlərində azalma ya da heç olmamasıdır. Bu vəziyyətə səbəb olan pozuqluqlardan biri diqqət əskikliyi, hiperaktivlik və impuls pozuqluğu, digəri də ümumi öyrənmə pozuqluğudur.

 

tibb.az

Check Also

Bu xəstəliyi olanlar səhər bol miqdarda qəhvə içsin

Portuqaliyalı alimlər səhər tezdən çoxlu miqdarda qəhvə içməyə daha bir səbəb tapıblar. Medicina.az Trend-ə istinadən …

160*600 120*600