Şənbə , Dekabr 15 2018
Home / Xəbərlər / Oyanandan kirpik və ya qaşınız qaşınırsa…

Oyanandan kirpik və ya qaşınız qaşınırsa…

Bilirdinizmi ki, çox kiçik, 8 ayaqlı bir məxluq pusquda dayanaraq sizin yuxuya getməyinizi gözləyir, bundan sonra isə özünə ziyafət verir?
Əksəriyyətimiz yuxuya getdikdən sonra orqanizmimizdə baş verənlərdən xəbərsiz olduğumuz üçün onlara qarşı laqeyd oluruq. Lakin bizim biganəliyimiz orqanizmimizdə heç nəyin baş vermədiyi anlamına gəlmir.
Medicina.az xəbər verir ki, demodeks folikulorum adı verilən məxluq qulaqda, qaşda və kirpikdə yaşayır. Hörümçək nəslindən olduğu hesab edilən bu şəffaf parazit bir millimetrdən 3 dəfə kiçikdir.
Mürəxəssislər üzdə yaşayan parazitlərin digər insanlarla üz təmasından keçdiyini deyirlər. Bəzi insanlar üçün zərərsiz olan bu parazitlər, digər insanlarda ciddi dəri problemlərinə yol aça bilirlər.
Mikroskop altına qoyulan bir kirpik, yaxux qaşın hər şeyi ortaya çıxaracağını deyən mütəxəssislər parazitlərin əsasən yağlı ölü dəri hüceyrələrindən qidalandığını bildirir.
Demodeks xəstəlik kimi tanınan üz parazitinin mqxtəlif növləri var və qulaq, qaş, kirpik, döş ucu və intim bölgədə də rast gəlinir.
Sözügedən parazit növü 2-3 həftə yaşayır və bu müddət içərisində dişilərin yağlı bölgəyə yaxın saç kökünə 15-20 yumurta buraxmasıyla çoxalırlar.
Parazitlərin zərərsiz olduğu bildirilsə də dəri (gül xəstəliyi) və göz xəstəlikləei ilə bağlı ola biləcəyi hesab edilir. Gül xəstəliyi təxminən hər 10 nəfərdən birində rast gəlinir və 30 yaşdan sonra ortaya çıxır.
Şəxs parazitlərin hücumuna məruz qaldıqda isə ilk oyandığında göz qapağında və qaşında qaşınma meydana gəlir. Bu vəziyyətdə  mütəxəssisə müraciət etmək lazımdır.
medicina.az

Check Also

Bu xəstəliyi olanlar səhər bol miqdarda qəhvə içsin

Portuqaliyalı alimlər səhər tezdən çoxlu miqdarda qəhvə içməyə daha bir səbəb tapıblar. Medicina.az Trend-ə istinadən …

160*600 120*600