Cümə axşamı , Noyabr 15 2018
Home / Həkim Məsləhətləri / Osteoporoz – yaranma səbəbləri və fəsadları

Osteoporoz – yaranma səbəbləri və fəsadları

Osteoporoz skeletin metobolik xəstəlik olub, sümük toxumasının zədələnməsi (nazikləşməsi), sümüklərin deformasiyası və sınığı ilə nəticələnən xəstəlikdir.

Osteoporozun baş vermə səbəbləri nələrdir?

Azərbaycan Tibb Universitetindən Milli.Az-a verilən məlumata görə, sümüyün normal inkişafı üçün kalsium, fosfor mikroelementləri, zülallar, vitaminlər kifayət qədər olmalıdır. Əgər uşaq bətndaxili dövrdə bunları ala bilmirsə, gələcəkdə onda osteoporoz erkən inkişaf edə bilər.

Sümük toxumasının əsas hissəsi, təxminən 85 faizi uşaqlıq və gənclikdə toplanır. 25 yaşında artıq maksimuma çatır. 35 yaşdan sonra sümük kütləsi azalmağa başlayır. Bu azalma kişilərdə ildə 0,5 faiz, qadınlarda isə 4 faizlə özünü büruzə verir. Bu onunla izah edilir ki, 35 yaşdan sonra sümüklərdən kalsiumun yuyulması daha intensiv gedir. Bu hal hamıda baş verir, lakin bəzilərində daha qabarıq şəkil alır.

Qadınlarda 40-45 yaşlara qədər, yəni menopauzaya qədər sümüklərin möhkəmliyini estrogenlər (qadın cinsi hormonları) qoruyub saxlayır, lakin sonra onların ifrazı azaldığından sümük kütləsi də azalmağa başlayır. Menopauzanın ilk beş ilində bu proses daha intensiv gedir.

Cərrahiyyə əməliyyatları vasitəsilə yumurtalıqların çıxarılması, hormonal müalicə aparılması qadınlarda menopauzanın erkən başlanması riskini yüksəldir. Estrogenlər qalxanvarı ətraf vəzi hormonunun antaqonistidir. Bu hormon qanda kalsiumu artırır və bu hormon artdıqca sümüklərdən kalsiumun çıxması baş verir. Estrogenlərin səviyyəsi aazldıqca bu prosess daha da sürətlənir.

Hamiləlik (çoxsaylı doğuş) və laktasiya (süd vermə) dövründə qadınlar daha çox kalsium itirirlər. Risk yaşla əlaqədar olaraq artır. 50 yaşdan sonra xəstəliyə düçar olma riski daha yüksəkdir, yayılma sürətinə görə isə ürək-damar xəstəliyi və süd vəzisinin xərçəngi ilə bir cərgədə durur.

Genetik meyllik, menopauzanın erkən baş verməsi risk amillərinə aiddir. Statistika göstərir ki, Asiya və Qafqaz ölkələrində osteoporoza daha tez-tez təsadüf edilir. Şəkərli diabet, siqaret çəkmək, spirtli içkilərin qəbulu, bəzi dərmanlar (hormonlar, epilepsiya və astma əleyhinə preparatlar və s.) osteoporozun inkişafını sürətləndirir.

Osteoporoz təbii fizioloji prosesdir və onun qarşısını almaq, onu dayandırmaq mümkün deyil. Lakin osteoporozun inkişafını ləngitmək mümkündür. Bunun üçün qidalanmada kalsiumla və D vitamini ilə zəngin olan məhsulları (süd məhsulları, yumurta, balıq) artırmaq, daha hərəkətli olmaq, bədən tərbiyəsi və idmanla məşğul olmaz lazımdır.

 

Saglamolun.Az

Check Also

Bu xəstəliyi olanlar səhər bol miqdarda qəhvə içsin

Portuqaliyalı alimlər səhər tezdən çoxlu miqdarda qəhvə içməyə daha bir səbəb tapıblar. Medicina.az Trend-ə istinadən …

160*600 120*600