Çərşənbə , Oktyabr 16 2019
Home / Həkim Məsləhətləri / Oruc tutarkən orqanizmdə nə baş verir? – Mütəxəssis rəyi

Oruc tutarkən orqanizmdə nə baş verir? – Mütəxəssis rəyi

Hər il milyonlarla müsəlman sübh tezdən gün batana qədər Ramazan ayında 30 gün ərzində oruc tutur.
Son illərdə Ramazan ayı şimal yarımkürəsində günün işıqlı vaxtının uzandığı və havaların daha isti keçdiyi yay aylarına təsadüf edib (bu il Ramazan ayının Britaniyada mayın 16-da başlayacağı gözlənilir).
Nəticədə, misal üçün Norveç kimi ölkələrdə oruc tutan insanlar hər gün 20 saatadək yemək qəbul etməməli olacaq.
Bu, insan səhhətinə necə təsir göstərə bilər? İnsan 30 gün ərzində oruc olanda bədənində hansı dəyişiklik baş verir?
Orucluq zamanı sizin bədəniniz enerji yaratmaq üçün ilk növbədə ciyərdə toplanan qandakı şəkəri yandırır.
Ən çətini – ilk bir-neçə gündür
Real olaraq sizin bədəniniz “orucluq vəziyyətinə” son yemək qəbul etməyinizin üstündən 8 saat keçənə qədər düşmür.
Bu vaxta yaxın müddət ərzində bağırsaqlarınızda qidalı maddələrin sorulması prosesi başa çatır.
Bundan sonra orqanizmimiz ciyərimizdəki və əzələlərimizdəki qlyukoza ehtiyatlarını sərf etməyə başlayır.
Qlyukoza ehtiyatları tükəndikdən sonra piy orqanizm üçün növbəti enerji mənbəyinə çevrilir.
Orucluğun ilk günləri, bədən aclığa öyrəşənədək, daha ağır keçir.
Bədəndə piyin yandırılması prosesi çəkinin azalmasına gətirib çıxarır, xolesterolun səviyyəsi və diabet riski azalır.
Lakin qanda şəkərin səviyyəsinin azalması zəifliyə və letargiyaya səbəb olur.
Sizdə başağrısı, başgicəllənməsi, öyümə yarana bilər, ağızdan pis iy gələ bilər.
Bu zaman sizin aclıq səviyəniz ən yüksək dərəcəyə qalxır.
 
Susuzluqla ehtiyatlı olun – 3-7-ci günlər
Sizin bədəniniz orucluğa öyrəşəndə, piy dağılmağa başlayaraq qandakı şəkərə dönür.
Günün orucluq çəkilən hissələri arasında fasilələrdə maye qəbulunu bərpa etmək lazımdır, əks halda tərləmə nəticəsində suyun itirilməsi suszlaşmaya (dehidratasiyaya) gətirib çıxara bilər.
Orucluq dövründə, xüsusilə, yay aylarında su içmək olduqca vacibdir.
Sizin yeməyinizn tərkibində karbohidratlar və piy kimi müvafiq miqdarda “enerjili qida” olmalıdır.
Pəhrizin zülallar, duzlar və su kimi maddələrlə balanslaşdırılması da vacibdir.
 
Öyrəşmə dövrü – 8-15-ci günlər
Üçüncü mərhələdə, bədəniniz orucluğa tam öyrəşərkən, siz əhval-ruhiyyənizin yaxşılaşmasını hiss etməlisiniz.
Cambridge-də Addenbrooke`s xəstəxanasının Anesteziya və İntensiv Müalicə şöbəsinin məsləhətçisi doktor Razeen Mahroof deyir ki, bu mərhələdə digər müsbət cəhətlər də özünü göstərir.
saglamheyat.com

Check Also

Bu xəstəliyi olanlar səhər bol miqdarda qəhvə içsin

Portuqaliyalı alimlər səhər tezdən çoxlu miqdarda qəhvə içməyə daha bir səbəb tapıblar. Medicina.az Trend-ə istinadən …

160*600 120*600