Bazar ertəsi , Sentyabr 16 2019
Home / Həkim Məsləhətləri / Onurğa yırtığı, ostexondrozu və sümük əyilməsi olanlar döşəyini dəyişsin – Bir döşəklə həll olunan problemlər

Onurğa yırtığı, ostexondrozu və sümük əyilməsi olanlar döşəyini dəyişsin – Bir döşəklə həll olunan problemlər

on zamanlar Azərbaycanda yayılmış onurğa, dayaq hərəkət aparatı xəstəlikləri artıq uşaq və yeniyetmələri də əhatə edir. 
Gecələr ağrıdan yata bilməyənlər, səhər halsız, əzgin oyananlar, sanki gecəni yatmamış kimi əhvalda olanlar, revmatizma, ostexondroz, onurğa yırtığı ağrılarından əziyyət çəkənlər, başı, boynu ağrıyanlar bəzən həkim köməyinə üz tutur, masaja, idmana yazılır, hər çarəni sınayır.
Amma bir vacib məqamı unudurlar: yatdıqları yer, çarpayı, döşək, balış…
Etiraf edək ki, yeməyə, geyimə, başqa əşyalara pul xərcləməyə meyilli olsaq da, yataq və döşəkdə “xəsislik edirik”.
Dunyada isə artıq uzun illərdir, insanlar evdə ortopedik döşəklərdən, yataqlardan, xüsusi balışlardan istifadə edir. ABŞ və Avropada, yaxın Türkiyədə onurğası, beli, sümükləri ağrıyan, yorğunluqdan əziyyət çəkən, həmçinin xroniki xəstəlikləri olan insanlara həkimlər tərəfindən müalicəvi, düzgün və tibbi baxımdan faydalı yataq ləvazimatları məsləhət görülür.
Ortopedik matras – döşək yuxuda 8 saatını keçirən insanın onurğasını düzgün vəziyyətdə saxlamasına səbəb olur.
Yatarkən başı, onurğası düzgün vəziyyətdə olmayan insanın həm daxili orqanları, həm dayaq-hərəkət funksiyaları, həm əsəb-sinir sistemi normal işləmir və yüklənir.
Hər insanın bədəninin konturlarına, ağırlığına, sümük quruluşuna uyğun davranan ortopedik döşəklər əzələ-sinir sistemini rahatladır, insana rahat və sağlam yuxu bəxş edir.
Ortopedik döşəklər kimlərə lazımdır:
-Uşaq və yeniyetmələrə mütləqdir – çünki yenicə formalaşan sümük-əzələ sistemini düzgün yönəldir
-Onurğasında problem olanlar, bel boyun disklərarası yırtıqlar olanlara– döşək onurğanın fizioloji olaraq düzgün vəziyyət almasına kömək edir
-Revmatizması olanlar
-Skoliozu olanlar
-Allergiyası olanlar
-Mədə reflüksü, qrıjası olanlar
-Gərgin, əsəbi, nevroz, depressiyada olan insanlara, yuxudan yorgun ayılanlara
-Yuxu pozulması olanlara
-Hamilə qadınlara
-Çəkisi həddən artıq ağır olanlara
Yəqin ki, çoxunuz səfərlərdə olanda  otellərdə matras, döşək, balışların necə komfortlu olduğunu görmüsüz. Otellər müştərilərinin gecə boyu rahat dincəlməsi, dərin yuxuya getməsi üçün mütləq tanınmış brendlərin ortopedik döşəklərindən, yataq ləvazimatlarından istifadə edir. Çox insanlar oteldə evdəkinə nisbətən daha rahat yatdığını, dincəldiyini hiss edir və buna təəccüblənir. Əslində isə təəccüblü heç nə yoxdur. Bunun “sirri” – yatdığı döşək, yastıq, çarpayıdır.
medicina.az

Check Also

Bu xəstəliyi olanlar səhər bol miqdarda qəhvə içsin

Portuqaliyalı alimlər səhər tezdən çoxlu miqdarda qəhvə içməyə daha bir səbəb tapıblar. Medicina.az Trend-ə istinadən …

160*600 120*600