Çərşənbə axşamı , May 21 2019
Home / Həkim Məsləhətləri / Menstruasiya ilə bağlı ən tez-tez verilən suallar – QADINLAR OXUSUN
Menstruasiya ilə bağlı ən tez-tez verilən suallar - QADINLAR OXUSUN

Menstruasiya ilə bağlı ən tez-tez verilən suallar – QADINLAR OXUSUN

Menstruasiya ilə bağlı ən tez-tez verilən suallar - QADINLAR OXUSUN

Ailem.az bu yazısında həmin suallardan bəzilərinə cavab tapmaqda sizə kömək edəcək.
Menstruasiya zamanı idman etmək olar?
Bu dövrdə hər cür idman növü ilə məşğul olmaq olar. Menstruasiya zamanı edilən idman ağrını dindirir, hətta uşaqlıq ağzı ağrıları rahatladır. Buna görə menstruasiya zamanı idman etməkdə problem yoxdur.
Menstruasiya zamanı dənizə girmək olarmı?
Bu dövrdə dənizə girməyin problem yaratdığına dair geniş fikirlər yayılıb. Amma menstruasiya zamanı dənizə girmək mümkündür. Tampon istifadə edərək, bikininizin batmasının qarşısını ala bilərsiniz.
Tamponlar menstruasiya qanamasını əngəlləyirmi?
Tampon istifadə edərkən ağlı qarışdıran sual tamponun menstruasiya qanamasını əngəlləməsi ehtimalıdır. Ancaq, bu qorxu yersizdir, çünki tamponlar süngər kimidir və mayeni udur. Tampon dolduğunda maye tamponu keçərək vaginadan bayıra axar. Düzgün yerləşdirilmiş tampon qanamanı əngəlləməməklə yanaşı sızıntıya da yol verməz.
Bakirələr tampon istifadə edə bilərmi?
İlk menstruasiya qanaması zamanı belə, tampon istifadə edə bilərsiniz. Belə ki, qızlıq pərdəsində qanamanın başlaması ilə birlikdə təbii bir dəlik açılır və maye bu dəlikdən bayıra çıxır. Qızlıq pərdəsi elastik və yumşaq olduğundan ona zərər vermədən yüngül qanamalı günlər üçün xırda dizayn edilmiş və ya normal ölçüdə tampon istifadə edə bilərsiniz.
Menstruasiya zamanı yaşanan ağrılar psixolojidir?
Bu ağrılar psixoloji deyil, tamamilə fiziolojidir. Uşaqlığın sıxılmasına səbəb olan biokimyəvi maddələr ağrıya səbəb olur. Bunların ifrazının qarşısını alan ağrıkəsicilər menstruasiya üçün çox təsirlidir. Bundan başqa, həkim nəzarəti altında istifadə edilən doğuş həbləri də bu ağrının qarşısını almaqda faydalıdır. Bu ağrılar əksərən ginekoloji xəstəlik, kista ilə bağlı olur. Buna görə bu problemə qarşı müalicə almanız məsləhətdir.
Menstruasiya ağrıları ana olduqdan sonra keçir?
Bəzi qadınlarda hamiləlikdə və süd verəndən sonra dəyişən hormonlarla bağlı olaraq menstruasiya ağrıları hamiləlikdən sonra azalır. Hamiləlik və uşaq sayı artdıqca, menstruasiya ağrılarının da azaldığı görülür. Ancaq endometriozis (kista) ilə bağlı olan menstruasiya ağrıları olan qadınlarda hamiləlikdən sonra belə, ağrılar yenə əvvəlki səviyyəyə qayıdır. Belə halda endometriozis xəstəliyinin diaqnozu üçün laporaskopik müayinəyə ehtiyac var.
Menstruasiya zamanı hamilə qalmaq mümkündür?
Ümumən, ovulyasiya menstruasiyanın birinci günündən etibarən 10-18 gün sonradır. Ancaq bəzən daha erkən da ola bilər. Buna görə hələ menstruasiya bitməmiş olsa da, cinsi yaxınlıq hamiləliklə sonlana bilər. Məsələn, menstruasiyanın 8-ci günündə yaşanan cinsi yaxınlıq zamanı (sperma 2 gün fəal olur) 10-cu gündə başlayan ovulyasiya hamiləlik yarada bilər.

 

Saglamolun.Az

Check Also

Bu xəstəliyi olanlar səhər bol miqdarda qəhvə içsin

Portuqaliyalı alimlər səhər tezdən çoxlu miqdarda qəhvə içməyə daha bir səbəb tapıblar. Medicina.az Trend-ə istinadən …

160*600 120*600