Şənbə , Noyabr 17 2018
Home / Həkim Məsləhətləri / Limfa düyünü böyüməsi haqqında.

Limfa düyünü böyüməsi haqqında.

Uşaqlarda limfa düyünlərinin böyüməsi çox vaxt reaktiv, xoşxassəli böyümə olur.

Səbəbləri:
-Reaktiv
-İnfeksiya
-Autoimmun
-Bədxassəli xəstəliklər (limfoma, leykoz, Neyroblastoma, Rabdomiosarkoma ola bilər

Limfa düyünü böyüməsi (Limfadenopatiya)varsa,diqqət edilməsi gərəkən məqamlar;
1.Yerləşmə yeri. Misal üçün, Supraklavikular (körpücük sümüyü üstü) yerləşirsə hər zaman təhlükəlidir.
2. Müayinə özəlliyi-hərəkətli, ağrılı, üstü qızarmış isə infeksiya mənşəlidir, ağrısız, sərt, hərəkətsiz isə təhlükəli olma riski artır.

 

Aparılması vacib müayinələr;

1.Qan ümumi analiz nəticəsi;
-Eritrosit, leykosit, trombosit aşağıdırsa (pansitopeniya)-bədxassəli
-Leykosit sayı artışı
-LDH, Ferritin, NSE (nonspesifik enolaz), afp, Bhcg artışı
-EÇS yüksəkliyi
-Periferik yaxma-blast hüceyrə artışı

2.İnstrumental müayinələr:
-Ağciyər grafisi
-Ultrasəs müayinə
-Qarın boşluğu Komputer tomografi
-Digər-MRT, Magnit rezonans

3.PPD testi

4.Pişik cırmaqlaması xəstəliyi

5.Böyümüş limfa vəzin biopsiyası–Körpücüküstü böyümə birbaşa göstərişdir.
-2 həftə içində vəz böyüməyə davam edirsə
-4 həftə içində heç kiçilmir, 8 həftə içində itməzsə (tam təsdiqini tapmamış kriter???)
Limfa düyünü böyüməsinə bədxassəliliyi düşündürən əlamətlər;
-Qaraciyər Dalaq böyüməsi
-Qızdırma, aşırı tərləmə, çəki itirmə və.s

 

az-tibb.com

Check Also

Bu xəstəliyi olanlar səhər bol miqdarda qəhvə içsin

Portuqaliyalı alimlər səhər tezdən çoxlu miqdarda qəhvə içməyə daha bir səbəb tapıblar. Medicina.az Trend-ə istinadən …

160*600 120*600