Bazar ertəsi , Sentyabr 16 2019
Home / Həkim Məsləhətləri / Kuperoz –üzdəki ulduzcuqlar – Səbəbləri, müalicəsi

Kuperoz –üzdəki ulduzcuqlar – Səbəbləri, müalicəsi

Kuperoz xırda, nazik damarların elastikliyini itirib, üzə çıxması və genişlənməsidir. Bu üz dərisində hissəvi qırmızımtıl, göyümtül tor ləkə effekti yaradır.
Həkimlər kuperozu 2 qrupa ayırır:
-Anadangəlmə, genetik
-Həyat boyu qazanılmış
Əsas səbəbləri:
-Genetik olaraq immun sistemin xəstəliyi olan Lui-Bar sindromunun olması
-Damarların insanın həyat tərzi və ətraf mühit səbəbindən patoloji dəyişilməsi
-Müxtəlif şişlər
-Dərinin bəzi xəstəlikləri birləşdirici toxumanın dəyişilməsinə səbəb olur-sklerodermiya, dermatomizit
-Dəri və damarların iqlimə dözməməsi
-Tez-tez solyari, qaralma
-Qaraciyər xəstəlikləri- hepatit, sirroz
-Endokrin və hormonal sistemdə pozuntu
-Şəkərli diabet
-Menstruasiya öncəsi sindrom
-Hamiləlik
-Klimaks
-Hipertoniya
-Nevrotik və psixoloji pozuntular, daimi stress
-Alkoqol, içki
-Qeyri-sağlam qidalar
-Vitaminsizlik
-Kuperozu olan adamlara qazlı içkilər qəti olmaz, çünki xəstəlik yayıla bilər
Üzdə olan irsi, anadangəlmə kuperozu dərmanla müalicə etmək mümkün deyil. Çıxış yolu kosmetoloji prosedurlar və kremlərlə örtməkdir.
Digər növ kuperozu isə bir sıra dərman və mazlarla effektiv müalicə etmək olur.
Farmakoloji preparatlar:
Tərkibində C vitamini və askorutin olan dərman və mazlar – Troksevazin, Heparin mazı, Askorutin tabletləri
Farmakoloji müalicə uzun müddət tələb edir, onlar damar divarlarını möhkəmlədir, ağırlaşmaların qarşısını alır, yeni damar partlamalarına imkan vermir.
Hansı həkimə müraciət olunmalıdır:
Dermatoloq, fleboloq- damar həkimi, kosmetoloq
Aparat kosmetologiyası ilə müalicə:
Yaxşı kosmetoloq yanında üzdəki kuperozu müalicə etmək olar. Kosmetoloji prosedurlardan elektrokoaqulyasiya- elektrik toku ilə partlamış, yayılmış damara verilir.
Lazerlə müalicə – bir neçə lazer terapiya ilə damarlar yox olur
Fotocavanlaşma – bir neçə seansa ləkə, qırış və ulduzcuqlardan xilas olmaq olar
Amma bu prosedurları il ərzində bir-iki kurs qəbul etmək lazımdır.
Nələr qadağandır:
-Dərinin tərkibində spirt olan məhlullarla silinməsi
-Meyvə turşuları tərkibli maskalar
-Qan dövranını artıran prosedurlar- masaj, isti, vakuum və s.
-Dərinin mexaniki təmizlənməsi
-Dərinin buxara verilməsi, isti sauna
-Kimyəvi pilinqlər
-Günəşli və yağışlı havada dəriyə mütləq qoruyucu krem çəkilməlidir
medicina.az

Check Also

Bu xəstəliyi olanlar səhər bol miqdarda qəhvə içsin

Portuqaliyalı alimlər səhər tezdən çoxlu miqdarda qəhvə içməyə daha bir səbəb tapıblar. Medicina.az Trend-ə istinadən …

160*600 120*600