Çərşənbə , May 22 2019
Home / Xəbərlər / İnanılmaz hadisə: qadın öz sinəsindən implantları narkozsuz çıxardıb Bölüm: XƏBƏRLƏR

İnanılmaz hadisə: qadın öz sinəsindən implantları narkozsuz çıxardıb Bölüm: XƏBƏRLƏR

49 yaşlı britaniya qadın Tonya Rossinqton 14 il bundan əvvəl sinəsinə yerləşdirilmiş silikon implantları ev şəraitində narkozsuz çıxardıb.

Saglamolun.az xarici KİV-lərə istinadla verir ki, özünə “əməliyyat” etdikdən əvvəl cəsarətli qadın YouTube-da belə əməliyyatlara baxıb.

Ağrını kəsmək üçün qadın adi buzdan istifadə edib. Lakin qadın ağrının hiss etmədiyini deyib. Bədənin bu hissəsində olan sinir uclarının ilk əməliyyatdan sonra hissi ölüb.

Tonya Rossinqton skalpelin köməyi ilə iki kəsik edib və implantları çıxardıb. “Əməliyyatı” bitirdikdən sonra qadın xəstəxanaya yollanıb. Burada onun yaraları işlənıb və sarğı qoyulub.

Şoka düşən həkimlər qeyd edib ki, qadının sadəcə bəxti gətirdi. Əməliyyat zamanı arteriya zədələnə bilərdi, yaraya infeksiya düşə bilərdi. Belə hallardan hətta təcrübəli cərrahlar sığortalanmayıb.

Tonya Rossinqtonun sözlərinə görə, böyük sinə onu çox utandırırdı və qadın ondan qurtulmaq istəyirdi. Lakin sığorta şirkəti əməliyyatın pulunu ödəməkdən imtina etdi, özəl klinikalarda isə belə əməliyyatın çox bahalı olduğundan qadının buna imkanı çatmırdı.

Nəticədə qadın özü özünə əməliyyat edib.

 

saglamolun.az

Check Also

Bu xəstəliyi olanlar səhər bol miqdarda qəhvə içsin

Portuqaliyalı alimlər səhər tezdən çoxlu miqdarda qəhvə içməyə daha bir səbəb tapıblar. Medicina.az Trend-ə istinadən …

160*600 120*600