Cümə axşamı , İyul 18 2019
Home / Kişi / Hər çiməndə kisələnməyin:

Hər çiməndə kisələnməyin:

 

Çimmək deyincə ağıla gələn ilk şeylərdən biri də kisələnməkdir. Sağlam, qüsursuz və parlaq bir dəriyə sahib olmağın yollarından biri də kisələnməkdir. Bəs kisələnməyin fayda və zərərlərindən məlumatınız varmı? Yoxdursa, Saglamheyat.com  bu yazısını oxuyun.

Kisələnməyin faydaları

  Kisələnmək özünüzü hüzurlu və rahat hiss etmənizi təmin edir, stressi azaldır.

– Dəri altında qan dövranını sürətləndirir və hüceyrələrin çoxalıb yenilənməsinə yardımçı olur.

– Dərini ölü dəridən təmizləyir.

– Dəridəki məsamələri açır və dəriniz həmişə təmiz, canlı görünür.

– Sellülitləri yox edir.

Dəridə sızanaq yaranmasının qarşısını alır.

– Dəriniz yağlıdırsa, kisə sayəsində yağlanmanın qarşısını ala bilərsiniz.

– Yenilənən hüceyrələr sayəsində immunitet sisteminizin güclənməsinə yardımçı olacaq.

Bəs zərərləri nələrdir?

– Çox tez-tez kisələnmək dərinin qoruyucu təbəqəsinin yox olmasına və dərinin qıcıqlanmasına səbəb olur.

– Dəri nəmini itirib quruyur.

– Zərərli maddələrin dəridən içəriyə girməsinin qarşısını alan bir təbəqə var. Tez-tez kisələnsəniz, həmin təbəqə həssaslaşacaq. Nəticədə dəridə bir çox dəri xəstəliyi yarana bilər. Ancaq 15 gündən bir kisələnsəniz, heç bir ziyanı olmaz.

 

saglamheyat.com

Check Also

Bu xəstəliyi olanlar səhər bol miqdarda qəhvə içsin

Portuqaliyalı alimlər səhər tezdən çoxlu miqdarda qəhvə içməyə daha bir səbəb tapıblar. Medicina.az Trend-ə istinadən …

160*600 120*600