Cümə , Noyabr 16 2018
Home / Həkim Məsləhətləri / Hər bir qadının problemi: QIRIŞLAR – Yaranmaması üçün nələr edə bilərik?

Hər bir qadının problemi: QIRIŞLAR – Yaranmaması üçün nələr edə bilərik?

Zaman irəlilədikcə hamar, ləkəsiz dəridə quruluq, bəzi yerlərində həddindən artıq məsamələr, bəzən qırışlar, bəzən də qəhvəyi ləkələr meydana gəlir. Uzun sürən xəstəliklərin, sızanaqların, hamiləliyin, günəşin, mimikaların izləri dərimizdə əbədi olaraq məskunlaşır.
Medicina.az xəbər verir ki, bu problemlər bir çoxumuza dərd olur, onlar  ortadan qalxsın deyə həll etmə yollarını fikirləşirik.
Bəs qırışların olmaması üçün nələr edə bilərik?
Öncə qırış meydana gətirə biləcək səbəblər müəyyən olunmalı və bu istiqamətdə tədbirlər görülməlidir. Gecə üzümüzə çəkdiyimiz nəmləndirici kremin qırış və ləkə müalicəsi baxımından son dərəcə əhəmiyyəti böyükdür. Yüngül “soyan” xüsusiyyəti olan, bu xüsusiyyətinə görə dəridə yenidən kollagen “istehsalını” sürətləndirən kremlərin gecə istifadə edilməsində faydalıdır. Gündüz günəşdən qoruyucu, xüsusilə nəmləndirici kremlər istifadə edilə bilər.
Massaj tətbiq etmək, siqaret çəkməmək lazımdır. Günəş narahatlıq verirsə, günəşə qarşı həssaslıq meydana gətirici maddələrdən çəkinmək və eynəkdən istifadə etmək lazımdır. Çoxlu miqdarda su içilməlidir.
Bir çox qadının dərdi olan göz ətrafı qırışıqlarının iki əsas səbəbi vardır. Gözü hissəsini çox hərəkət etdirmə və göz ətrafını qaşıma. Bunların nəticəsində digər bölgələrə görə daha incə olan göz ətrafında sürətlə qırışlar inkişaf edir. İşığa həssas insanlar gözlərini çox qıydıqları üçün göz ətrafında qırışları çox olur. Müxtəlif allergik faktorlar, xüsusilə qoxu allergiyası, göz ətrafının tez-tez qaşınması xüsusilə alt göz qapağında qırışlara səbəb olar.
medicina.az

Check Also

Bu xəstəliyi olanlar səhər bol miqdarda qəhvə içsin

Portuqaliyalı alimlər səhər tezdən çoxlu miqdarda qəhvə içməyə daha bir səbəb tapıblar. Medicina.az Trend-ə istinadən …

160*600 120*600