Cümə axşamı , Dekabr 12 2019
Home / Xəbərlər / Həkimlər başdan bitişik doğulan əkiz bacıları belə ayırdılar
twins

Həkimlər başdan bitişik doğulan əkiz bacıları belə ayırdılar

twins

Indi sizə təqdim edəcəyimiz hadisə ABŞ-da baş verib.

Moderator.az xarici mediaya istinadən xəbər verir ki, əkiz bacılar Ebbi və Erin Deleyni doğularkən başları bitişik dünyaya gəliblər. Cərrahlar yenicə on ayları tamam olan əkiz bacıları əməliyyat edərək nəhayət ki, ayrı-ayrılıqda yatmalarına nail olublar.

Əməliyyat Filadelfiadakı uşaq hospitalında həyata keçirilib və 11 saat davam edib. Əməliyyatda 30 nəfərə yaxın mütəxəssis iştirak edib. Cərrahların sözlərinə görə əməliyyat çox çətin keçib. Həkimlərin rəyinə görə əkiz bacıların həyatı üçün indi elə bir təhlükə yoxdur. Əkizlərin anası hələ hamiləlik dövrünün 11-ci həftəsində öyərinir ki, onların əkiz övladları olacaq. Ana bətnində olan körpələrin başının bitişik olduğunu görən həkimlər onları yalnız dünyaya gəldikdən sonra bir-birilərindən ayıra biləcəklərini deyiblər.

sizinhekim.az

Check Also

Bu xəstəliyi olanlar səhər bol miqdarda qəhvə içsin

Portuqaliyalı alimlər səhər tezdən çoxlu miqdarda qəhvə içməyə daha bir səbəb tapıblar. Medicina.az Trend-ə istinadən …

160*600 120*600