Çərşənbə , Avqust 21 2019
Home / Həkim Məsləhətləri / Guillain Barre sindromu nədir? – Nadir xəstəlik

Guillain Barre sindromu nədir? – Nadir xəstəlik

Guillain Barre sindromu, vücudun maddələr mübadiləsinin sinir sistemini zədələyərək iltihablaşmasına yol açdığı nadir görülən xəstəlikdir.

Əl və ayaqlarda titrəmə, ağrılar xəstəliyin ilkin simptomları sırasındadır. Bu əlamətlər tezliklə bütün vücuda yayılaraq iflic keçirmək riskini çoxaldır.

Xəstəlik çox zaman başqa bir xəstəliyi olmayan insanlarda rast gəlinir. Xəstəlik uşaq yaşlardan tutmuş irəli yaşlaradək rast gəlinir. Qadınlar və kişilər eyni dərəcədə risk altındadir. Yaşlılarda uşaqlara nisbətən daha çox rast gəlinir.

Xəstəliyin əlamətləri nədir?

Ayaq və əllərdə kirəclənmə, iynə batımış kimi hissiyyat

Ayaqlarda başlayan gücsüzlük hissinin vücuda yayılması

Pilləkən çıxa bilməmək

Danışmaqda çətinlik

Çeynəmə, udmada çətinlik

Nəbzin yüksəlməsi

Yüksək və ya aşağı təzyiq

Nəfəs almaqda çətinlik

Nə zaman həkimə müraciət edilməli?

Sadalananların bir neçəsi müşahidə edilərsə həkimə getmək mütləqdir.

Yaranma səbəbi tam olaraq bilinmir. Adətən tənəffüs yolu ya da mədə iltihabı kimi yoluxucu infeksionların səbəb ola biləcəyi düşünülür.

Müalicəsi varmı?

Konkret bir səbəbi olmadığı üçün xüsusi bir müalicə üsulu təəssüf ki yoxdur. Ancaq müalicə ilə simptomları azaltmaq mümkündür.

 

 

immunitet.az

Check Also

Bu xəstəliyi olanlar səhər bol miqdarda qəhvə içsin

Portuqaliyalı alimlər səhər tezdən çoxlu miqdarda qəhvə içməyə daha bir səbəb tapıblar. Medicina.az Trend-ə istinadən …

160*600 120*600