Çərşənbə axşamı , Mart 19 2019
Home / Həkim Məsləhətləri / Döş problemlərinə səbəb olan ən yayılmış səhvlər. Bir çox qadınlar bu səhvləri edir!

Döş problemlərinə səbəb olan ən yayılmış səhvlər. Bir çox qadınlar bu səhvləri edir!

Süd vəzi xəstəliklərinə qadınlar arasında tez-tez təsadüf edilir. Süd vəzi toxuması çox həssasdır və istənilən travma, hormonal pozulma, stress və s. mənfi amillərə xəstəliklə reksiya verə bilər.

Bəzi çox yayılmış səhvlər qadınlarda döş problərinə səbəb ola bilər.

Fransa mammoloqları bu səhvləri sadalayıb:

1. Düzgün seçilməmiş büstqalter.

Saglamolun.az xəbər verir ki, mütəxəssislərin müşahidələrinə görə, qadınların əksəriyyəti büstqalter seçməkdə səhvlər edir. Bir çoxları çox dar, süd vəziləri sıxan büstqalter seçirlər. Bu süd vəzinin sağlamlığı üçün çox ziyanlıdır, süd vəzidə mikrotravmalara səbəb olur, qan və limfa dövranını pozur.

2. Qarın üstə yatmaq.

Bu zaman süd vəziləri sıxılır ki, bu da onlarda müxtəlif pozulmaların inkişafına səbəb ola bilər. Bu xüsusilə süd vəziləri böyük olan qadınlara aiddir.

3. Büstqalterdə yatmaq.

4. İdman məşqləri zamanı xüsusi idman büstralterdən istifadə etməmək.

Belə xüsusi büstqalterlər süd vəziləri yaxşı saxlayır, dərinin və toxumaların dartılmasına imkan vermir.

5. Siqaret çəkmək.

Bu pis vərdiş qadın orqanizminə kişi orqanizmi ilə müqayisədə daha ciddi ziyan vurur, müxtəlif pozulmalara və o cümlədən süd vəzi xəstəliklərinə səbəb olur.

6. Stressi içində saxlamaq.

İstənilən güclü və ya xroniki stress qadın cinsiyyət sisteminə və süd vəzilərinin sağlamlığına ziyan vurur, pozulmaların inkişafına təkan verir. Mütəxəssislərin müşahidələrinə görə, süd vəzi problemləri olan qadınların əksəriyyəti mənfi emosiyaları içində saxlayan, özünü daim günahlandıran, üzündən, ailəsindən razı olmayan, qadınlığını hiss etməyən qadınlardır.

 

Saglamolun.Az

Check Also

Bu xəstəliyi olanlar səhər bol miqdarda qəhvə içsin

Portuqaliyalı alimlər səhər tezdən çoxlu miqdarda qəhvə içməyə daha bir səbəb tapıblar. Medicina.az Trend-ə istinadən …

160*600 120*600