Cümə , Avqust 23 2019
Home / Xəbərlər / Diş ağrısını azaldan 3 ÇOX SADƏ VASİTƏ
DISLER_dis_aqrisi

Diş ağrısını azaldan 3 ÇOX SADƏ VASİTƏ

DISLER_dis_aqrisi

Diş ağrısı bizi bir çox hallarda ən uyğun olmayan vaxtda yaxalayır – gecə vaxtı, istirahətdə, şəhərdən uzaq olan yerdə və s.

Bu halda ağrını azaltmaq üçün bu kimi əlçatan vasitələrdən istifadə edə bilərsiniz.

1. Diş məcunu. Ən sadə və effektli vasitələrdən biridir. Dişlərinizi sadəcə yaxşı fırçalayın.

2. Duzlu su. 1 stəkan ilıq suda 1 ç.q. duzu əridin və bu su ilə dişinizi yaxşı qarqara edin. Duz həm ödemi, həm də iltihabı azaldır.

3. Çobanyastığı, sürvə (adaçayı), kalendula dəmləməsi. Otlardan birini istifadə edin. Bu otlar çox güclü təbii antiseptiklərdir. 1 x.q. ot 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmləyin, yaxşı süzün, dəmləmə ilə qarqara edin.

Diqqət! Hətta diş ağrısı tam keçsə belə vaxt tapan kimi mütləq stomatoloqa müraciət edin.

saglamolun.az

Check Also

Bu xəstəliyi olanlar səhər bol miqdarda qəhvə içsin

Portuqaliyalı alimlər səhər tezdən çoxlu miqdarda qəhvə içməyə daha bir səbəb tapıblar. Medicina.az Trend-ə istinadən …

160*600 120*600