Çərşənbə axşamı , Dekabr 10 2019
Home / Qadın / Dərinin rəngi xəstəliklərə işarə edə bilər

Dərinin rəngi xəstəliklərə işarə edə bilər

Dərinin rənginin dəyişilməsi bir çox xəstəliklər və pozulmalara işarə edə bilər.

Bu səbəbdən dəri rənginizdə hər hansı dəyişiklik müşahidə etdikdə həkimə müraciət edin. Nəzərə almaq lazımdır ki, dərinin rəngi süni deyil, təbii işıqlandırmada qiymətləndirilməlidir.

Solğun, boz dəri

Bunun səbəbləri arasında: stress, yorğunluq, yuxusuzluq, həzm sistemi xəstəlikləri, qəbizlik.

Süni “zaqar”

Saglamolun.az xəbər verir ki, insan gün şüalarını qəbul etmirsə, lakin onun dərisi tünd rəng alırsa, bu çox ciddi simptomdur. Bunun səbəbi böyrəküstü vəzilərin xəstəliyi ola bilər.

Ağ dəri

Bu ürək və ya ağciyər xəstəliklərinə, qanazlığına, qalxanvari vəzinin fəaliyyətinin azalmasına işarə edə bilər.

Qırmızı dəri

Səbəblər arasında: təzyiqin yüksək olması, ürək-damar sistemində pozulmalar, eritrositlərin istehsalının artması.

Göyümtül dəri

Belə dəri ürək və ağciyər xəstəliklərinə işarə edə bilər.

Sarı dəri

Səbəblər: Qaraciyər, dalaq xəstəlikləri, öd daşı xəstəliyi.

 

Saglamolun.Az

Check Also

Bu xəstəliyi olanlar səhər bol miqdarda qəhvə içsin

Portuqaliyalı alimlər səhər tezdən çoxlu miqdarda qəhvə içməyə daha bir səbəb tapıblar. Medicina.az Trend-ə istinadən …

160*600 120*600