Bazar ertəsi , Dekabr 17 2018
Home / Xəbərlər / Dəniz suyunun müalicə etdiyi 8 xəstəlik

Dəniz suyunun müalicə etdiyi 8 xəstəlik

Fransalı bioloq Rene Kenton sübut edib ki, dəniz suyu tərkibinə görə qanın plazmasına (qanın ağ hissəsi) oxşayır.

Dərinin məsamələrindən orqanizmə daxil olaraq dəniz suyu hüceyrələrin yenilənməsi proseslərini sürətləndirir, orqanizmi vacib minerallarla (kalium, kalsium, yod, kükürd, brom və s.) zənginləşdirir.

Dəniz suyu bir çox xəstəliklər zamanı faydalıdır. Saglamolun.az sizə bu xəstəliklərin siyahısını təqdim edir:

– Nəfəsalma sistemi xəstəlikləri (bronxit, haymorit, xroniki rinit). Dəniz suyu iltihabəleyhinə xüsusiyyətlərə malikdir.

Dəri xəstəlikləri (psoriaz, ekzema, neyrodermit, xroniki dermatoz). Dəniz suyu antiseptik və iltihabəleyhinə xüsusiyyətlərə malikdir, dərini qurudur, səpgilərin azalmasına kömək edir.

– Sinir sistemi xəstəlikləri (nevrozlar və s.). Yod və bromla zəngin olan dəniz suyu sinir sistemini sakitləşdirir.

– Zob xəstəlikləri (hipotireoz – qalxanvari vəzinin fəaliyyətinin ləngiməsi ilə bağlı olan xəstəlik). Yodla zəngin olan dəniz suyu zobdan əziyyət çəkənlər üçün çox faydalıdır.

– Piylənmə. Dəniz suyu mübadilə proseslərini sürətləndirir və arıqlamağa kömk edir.

– Oynaq və sümük xəstəlikləri. Kalsiuma zəngin olan dəniz suyu oynaq və sümükləri möhkəmləndirir, oynaqlarda iltihabları və ödemləri azaldır, qan dövranını yaxşılaşdırır.

– Ürək-damar sistemi xəstəlikləri. Dəniz suyu qan dövranını yaxşılaşdırır, damar və ürəyi yaxşı məşq etdirir. Həmçinin kaliumla zəngin olduğundan dəniz suyu ürək əzələsini möhkəmləndirir.

– İmmunitet. Dəniz suyu immun sistemini möhkəmləndirir.

Dənizdə çimməyin qaydaları:

1. 11.00-dan 17.00-a qədər dənizə girməyin.

2. Suda 10-15 dəqiqə vaxt keçirmək kifayətdir.

3. Hava çox istidirsə, suya tədricən girmək lazımdır. Əks halda damarlar ani sıxıla bilər ki, bu da ürək tutması və hətta infarkta səbəb ola bilər.

4. Sudan çıxandan dərhal sonra nəm paltarınızı dəyişin. Uzun müddət ərzində nəm paltarda qalmaq böyrək xəstəliklərinin riskini artırır.

5. Sudan çıxanda 15 dəqiqə gözləyin (duz və faydalı mineralların təsirini artırmaq üçün) və sonra mütləq duş qəbul edin. Dəniz suyu dərini qurudur və bu da günəş yanıqlarının riskini artırır. Həmçinin dərinin quruması onu qocaldır.

6. Suyun temperaturası artdıqca onun faydası azalır və suda olan mikrobların sayı artırı. Bu səbəbdən temperaturası 24-25 C qədər olan suda çimmək daha faydalı sayılır.

 

Saglamolun.Az

Check Also

Bu xəstəliyi olanlar səhər bol miqdarda qəhvə içsin

Portuqaliyalı alimlər səhər tezdən çoxlu miqdarda qəhvə içməyə daha bir səbəb tapıblar. Medicina.az Trend-ə istinadən …

160*600 120*600