Cümə , Avqust 23 2019
Home / Xəbərlər / Dəniz duzunun faydaları
deniz_duzu

Dəniz duzunun faydaları

deniz_duzu

Xüsusi müəssisələrdə istehsal olunan bir duz növü olan dəniz duzu, 100% təbii üsullarla dəniz suyundan əldə edilir və duzun təbiiliyini dəyişdirən heç bir prosesdən keçmir.

Beləliklə, natriumla birlikdə dəniz suyunda olan 84 mineral həmin duzu zənginləşdirir və bu sayədə dəniz duzunun tərkibinə digər duzlara görə daha çox mineral daxildir.

Deyerler.org bildirir ki, yeməklərdə də istifadə edilməyə başlanan dəniz duzunu seçmək üçün sayıla biləcək bir çox səbəb var. Xüsusilə qış aylarında immun sisteminin daha da möhkəm olması üçün zəruri olan dəniz duzu əhəmiyyətli bir yerə sahibdir. Soyuqdəymə, qızdırma, allergiyalar və digər problemlər ilə mübarizə aparmaq üçün qüvvətli bir immunitet sisteminə malik olmaq lazımdır. Dəniz duzu birbaşa bakteriya və virusları məhv edir, qanın təmizlənməsinə yardımçı olur.

Dəniz duzunun digər bir faydası da diş sağlamlığıdır. Diş sağlamlığını artırmaq üçün faydalı olan florid ehtiva etməsi səbəbi ilə faydalıdır. Florid dişlərin turşudan qaynaqlanan zədələrdən qorunmasına köməkçi olur və çürüyün yaranmasını əngəlləyir. Dəniz duzu tərkibli su ilə nizamlı bir şəkildə qarqara etmək ağız yaralarına, dişətinin qanamasına, xoraya və boğaz ağrısına qarşı təsirli vasitədir.

Saglamolun.Az

Check Also

Bu xəstəliyi olanlar səhər bol miqdarda qəhvə içsin

Portuqaliyalı alimlər səhər tezdən çoxlu miqdarda qəhvə içməyə daha bir səbəb tapıblar. Medicina.az Trend-ə istinadən …

160*600 120*600