Cümə axşamı , İyul 18 2019
Home / Həkim Məsləhətləri / Cinsi həyat qadını cavanlaşdırır
Cinsi həyat qadını cavanlaşdırır

Cinsi həyat qadını cavanlaşdırır

Cinsi həyat qadını cavanlaşdırır

Kaliforniya Universiteti (ABŞ) alimləri aşkar ediblər ki, cinsi həyatın müntəzəm olması (ən azı həftədə 1 dəfə cinsi əlaqə) qadını cavanlaşdırır.

Komsomolskaya pravda xəbər verir ki, alimlər 129 qadın iştirakı ilə eksperiment aparıblar. İştirakçılara həftədə 1 dəfə cinsi əlaqəyə girmək tapşırıq verilib. Eksperimentdən əvvəl və bir neçə ay sonra qadınlardan qan analizi götürülüb. Alimlər xromosomların qıraqlarında olan telomerlərin uzunluğunu ölçürdülər. Elmdə belə hesab olunur ki, məhz bu telomerlərin uzunluğundan insanın həyatının uzunluğu da asılıdır.  Telomerlər qısaldıqda insan qocalmağa başlayır.

Eksperimentin sonunda məlum olub ki, qadınlarda telomerlərin uzunluğu artıb. Bu isə o deməkdir ki, qadınların orqanizmi cavanlaşıb.

Maraqlıdır ki, kişilərdə bu baş vermirdi.

Saglamolun.Az

Check Also

Bu xəstəliyi olanlar səhər bol miqdarda qəhvə içsin

Portuqaliyalı alimlər səhər tezdən çoxlu miqdarda qəhvə içməyə daha bir səbəb tapıblar. Medicina.az Trend-ə istinadən …

160*600 120*600