Bazar ertəsi , Sentyabr 23 2019
Home / Kişi / Bu YUXULAR sizdə olan XƏSTƏLİKLƏRdən xəbər verir! Qaçırmayın!
BUMARAQLIDIR_yuxu

Bu YUXULAR sizdə olan XƏSTƏLİKLƏRdən xəbər verir! Qaçırmayın!

BUMARAQLIDIR_yuxu

Yuxu zamanı insan beyni tam dincəlmir, beyin sanki daxili orqan və sistemlərin vəziyyətini təhlil edir, onlarda olan pozulmaları axtarır, araşdırır və sonra bizə yuxularda müəyyən obrazların köməyi ilə bu pozulmalara işarə edir.

Bu fakt tibdə çoxdan təsdiq olunub.

Bəzən orqanizmdə hər hansı xəstəlik təzə inkişaf etməyə başlayır və heç bir ciddi simptomla özünü büruzə vermir. Lakin yuxular bizə bu xəstəliyin inkişafından xəbər verə bilər. Xəstəliklərə işarə edən yuxular tez-tez təkrarlanır, həyacanlı, rəngarəng olur. Belə yuxulara mütləq fikir verin.

Uzun illər ərzində yuxuları öyrənən tanınmış rus psixiatrı Vasili Kasatkin yuxularla bəzi xəstəliklərin əlaqələrini təyin edib. Belə ki,

– Ürək xəstəliklərinə işarə edən yuxular qorxulu, vahiməli olur, insan gecənin ortasında yuxudan soyuq tər içində oyanır, güclü qorxu, həyacan hiss edir. Ürək xəstəlikləri olan insanların yuxularında onları diri-diri basdırırlar, döş qəfəsinin üzərinə ağır bir şey (daş və s.) qoyurlar, ürək nahiyəsinə daş, bıçaqla vururlar. Əksər hallarda yuxularda belə insanlar ölüm qorxusunu hiss edir.

– Nəfəsalma sistemi xəstəlikləri olan insanların yuxularında onlar təngnəfəs olur, rahat nəfəs ala bilmir, boğulur. Belə xəstəlikləri olan insanlar yuxuda tez-tez batır, hər hansı dar, havasız yerlərə (dar havasız otaq, tonnel, lift və s.) düşürlər.

– Mədə-bağırsaq sistemi xəstəlikləri olan insanlar yuxuda müxtəlif dadlar hiss edir. Əsasən bu xoşagəlməz dadlar olur – acı dad, xarab olmuş, iylənmiş məhsulların dadı. Yuxuda belə insanlar tez-tez iylənmiş ət, balıq, qeyri-adi zəhərli meyvə-tərəvəzlər və s. görür, onların dişləri tökülür.

– Qaraciyər xəstəlikləri olan insanlar tez-tez yuxuda çiy ət görürlər, onlar yuxuda əsəbləşir, onlara kim isə xəsarət yetirir, bıçaqlayır, qan axır və s.

– Nevroz və depressiyadan əziyyət çəkən insanlar yuxuda çıxış yolu olmayan vəziyyətlərə düşür – meşədə, yad şəhərdə azır, yol tapa bilmirlər. Belə insanlar yuxularda tez-tez otaqları çox olan evlərdə gəzir, çıxış axtarır, uzun, sonsuz pilləkənlər görür və s.

Qaranlıqda gəzmək, qorxulu varlıqlardan gizlənmək, özünün dəfn mərasimi, uşaqlıq qorxuları və s. bu kimi yuxular depressiyaya işarə edir.

Nevrozdan əziyyət çəkən insanların yuxularında onların üzünə qapılar bağlanır, onlar axırıncı qatara, avtobusa gecikir və s., tanış insanlar qəribə görünür, qeyri-adi geyimlərdə olur.

Saglamolun.Az

Check Also

Bu xəstəliyi olanlar səhər bol miqdarda qəhvə içsin

Portuqaliyalı alimlər səhər tezdən çoxlu miqdarda qəhvə içməyə daha bir səbəb tapıblar. Medicina.az Trend-ə istinadən …

160*600 120*600