Şənbə , Avqust 24 2019
Home / Xəbərlər / Bu qida ölüm riskini azaldır

Bu qida ölüm riskini azaldır

Çinli alimlərin fikrincə, balıq və digər omeqa-3-polidoymamış yağ turşuları ilə zəngin qidaların yeyilməsi bütün səbəblərdən baş verə biləcək ölümləri azaltmağa kömək edir.

Sputnik.az Rusiya mətbuatına istinadla xəbər verir ki, tədqiqatçılar yağ turşularının insan metabolizmasında fəal iştirak etdiyini xatırladırlar. Belə məhsulların qəbul edilməsi xolesterini azaldır, antidepresantların effektivliyini artırır.

16 il davam edən araşdırmada 420 min insan (240729 kişi və 180580 qadın) iştirak edib. Orta hesabla kişilər gündə 15 qram, qadınlar təxminən 11 qram balıq yeyib. Bu müddətdə ərzində 54 min kişi və 31 min qadın ölüb.

Ekspertlər qeyd edirlər ki, bu müddət ərzində kişilər arasında ürək-damar xəstəliklərindən ölüm halları 10 faiz, qaraciyər xəstəliklərindən ölüm halları 37 faiz azalıb. Qadınlarda Altsheymer xəstəliyindən ölüm halı 38 faiz azalıb.

 

Saglamolun.Az

Check Also

Bu xəstəliyi olanlar səhər bol miqdarda qəhvə içsin

Portuqaliyalı alimlər səhər tezdən çoxlu miqdarda qəhvə içməyə daha bir səbəb tapıblar. Medicina.az Trend-ə istinadən …

160*600 120*600